SİNOPTİK METEOROLOGİYA – meteorologiyanın bölməsi.
Hava proqnozu üsullarını işləyib hazırlamaq məqsədilə hava şəraiti və
onun dəyişkənliyini müəyyən edən atmosfer proseslərini öyrənir.
SİNSENOGENEZ – Mövcud biosenoza, fitosenoz və ya assosiasiya
tiplərindən öz xüsusiyyətləri ilə fərqlənməyən biosenozların
formalaşması prosesi. Biosenozların sindinamikasının təzahüründən biri
sayılır. S. aşağıdakı müxtəlif amillərlə təmin olunur: senobiontlarda olan
genetik informasiya (avtonizamlanma), orqanizmlərin çoxalıb artması
və miqrasiyası, ekotopik və biosenotik seçmə. S. biosenotik mühitin
formalaşması ilə eyni vaxtda baş verir. S. prosenozların meydana
gəlməsi ilə (yaranması ilə) başlanır və onların ardıcıl dəyişməsi və ya
suksessiyaları ilə davam edir.
Dostları ilə paylaş: |