QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə831/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   827   828   829   830   831   832   833   834   ...   1096
SEÇMƏ OVU (OVLANMA) – müəyyən tələbləri təmin etmək 

üçün heyvanların tutulması (ovlanması) və ya vurulması. 



SEQETAL BİTKİLƏR  – Tarla, bostan və bağlarda rast gəlinən 

alaq bitkiləri. 



SEL  (ərəb. Cayl – güclü axın)  – Dağ çaylarının qısa müddətli 

(bəzən bir neçə saat ərzində) dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı 

daşqını (axını).  İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar 

örtüyünün sürətlə  əriməsi qırıntı materiallarını yamaclardan çayın 

yatağına (məcrasına) doldurur. Bəzən qırıntı materialları axın kütləsinin 

ümumi həcminin 75%-ni təşkil edir. S.-in sürəti 15 m/san-yə  qədərdir. 

S. bir dəfədə bəzən bir neçə mln. m

3

 qırıntı materialı (bunların içərisində 



bəzi daşların ağırlığı 100 t olur) gətirir. Böyük kütləsi və sürəti olan çox 

böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası  ən fəal S. 

axınları sahəsidir. S.-lər çayların yatağını  və sahillərini yuyur, 

qarşısındakı maneələri, yaşayış  məntəqələrini, körpüləri və s. dağıdır. 

İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin 

(1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş 

vermişdir. Böyük Qafqazın Tikanlıçayı, Dəmiraparançay, Kiçik 

Qafqazın və Qarabağ yaylasının ətəklərində yerləşən bir sıra kəndlər və 

qəsəbələr S.-dən böyük zərər görmüşdür. S.-lərə qarşı  əsas mübarizə 

tədbirləri hidrotexniki qurğuların (selötürən, selsaxlayan və s.) tikilməsi, 

fitomeliorativ, xüsusilə meşəmeliorativ işlərin yerinə yetirilməsi və s.-

dən ibarətdir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   827   828   829   830   831   832   833   834   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin