SELEKSİYA OVLAMASI (OVU) – ov heyvanlarının sayını
azaltmaq və yerdə qalan sayı yaxşılaşdırmaq məqsədilə populyasiyanın
tərkibindən arzuolunmayan fərdləri sıradan çıxarmaq.
SELEKTOGENEZ – digər regiondan daxil olan növlərin həmin re-
gionda yaşaması qabiliyyəti.
SELENOTROPİZM – ay işığından asılı olaraq bitkinin hərəkəti.
SELİTEB ZONA, YAŞAYIŞ ZONASI – yaşayış məntəqəsi
daxilində yaşayış məntəqələri yerləşən, sənaye, nəqliyyat və insanın
əhatəsində mühiti çirkləndirən digər müəssisələrin tikilməsi qadağan
olunan rayon.
SELLÜLOZA (fr. cellulose, lat. cellula – hərfi mənada qəfəs, bu-
rada hüceyrə) – Bitki hüceyrəsi qılafının əsas tərkib hisəsi (C
6
H
12
O
5
).
SENOBİONTLAR – yalnız müəyyən biosenoz tipində rast gəlinən
orqanizmlər.
Dostları ilə paylaş: |