SENOKİNEZ – sindinamikanın bölməsi, biosenozlarda gedən
inkişaf (suksessiya), davamlılıq, məhsuldarlıq və digər prosesləri
öyrənir.
SENOSFER– biogeosenozun daxili mühiti, ekotopun biosenozla
qarşılıqlı təsiri prosesində əmələ gələn biotop.
SENOTİPLƏR – (Ramenskiy, 1935), fitososial siniflər (Vısotski,
1915), fitososial tiplər (Sukaçev, 1926) – eyni bioekoloji imkanı olub
biosenozda davamlı vəziyyət tutan növlərin məcmusu. Senotiplərin
məşhur təsnifatını J.Pavillard (1979), V.N.Sukaçev (1924),
F.E.Slements (1936), L.Q.Ramenski (1938), T.A. Rabotnova (1978)
vermişdir. B.A.Bıkovun təsnifatında həm bitkilərin, həm də heyvan və
mikroorqanizmlərin senotipləri verilir. O, təsnifatında kondominantlar,
dominantlar, subdominantlar, ekzodominantlar və inqrediyentlər ayırır.
SEOLİTLƏR – tərkibində su olan alüminium silikat mineralları,
qələvi və torpaq-qələvi metalların əvəz edilməsi hesabına yaxşı ion
mübadiləcisi sayılır. Üzvi maddələrin parçalanması, təmizlənməsi,
qurudulması üçün, həm də katolizator kimi sənaye çirkab suların
təmizlənməsində istifadə olunur.
Dostları ilə paylaş: |