QəRİb məMMƏdov mahmud xəLİlov


SELEKSİYA (lat. selectio - seçmə)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə832/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   828   829   830   831   832   833   834   835   ...   1096
SELEKSİYA (lat. selectio - seçmə) – 1) Bitki sortları və hibridlərin 

yaradılması. Heyvan cinslərinin yetişdirilməsi üsulları haqqında elm. 2) 

Kənd təsərrüfatı bitkilərinin və hibridlərinin, heyvan cinslərinin 

yetişdirilməsi ilə məşğul olan kənd təsərrüfatı istehsalı sahəsi. S. bitki və 

heyvanların irsi keyfiyyətlərini insana lazım olan istiqamətdə 

dəyişdirmək məqsədi ilə onlara təsir üsullarını  işləyib hazırlayır, 

əhalinin  ərzaqla təmin olunmasında böyük rol oynayır. S.-nın nəzəri 

əsasını genetika təşkil edir. Ç.Darvinin təkamül nəzəriyyəsi, Q. Mende-

lin qanunları, saf xətlər və mutasiyalar təlimi və s. seleksiyaçılara bitki 

və heyvan orqanizmlərində irsiyyətin şüurlu idarəetmə üsullarını işləyib 

hazrlamağa imkan verir. S. təcrübəsində hibridoloji analizin böyük 

əhəmiyyəti var. Bitkiçilikdə S. bir neçə istiqamətdə – məhsuldarlığa, 

keyfiyyətə, soyuğa, xəstəliyə  və  zərərvericilərə, quraqlığa davamlığına 

və s. görə, heyvandarlıqda isə  məhsuldarlıq və keyfiyyət, balavermə 

qabiliyyəti, dərinin rəngi, yerli şəraitə uyğunlaşma və s. görə aparılır. S.-

nın təsbit edilən əsas üsulları seçmə, hibridləşdirmə, poliplodiya və mu-

tagenezdir. Azərbaycanın seleksiyaçı alimləri buğda (Arandəni,  Şərq, 



 

383 


 

Arzu, Gürgənə-1, Cəfəri və s.) pambıq 2833, 3038, 3312, Ağdam-3 və 

s.), tut (Zakirtut, Xanlartut), qarğıdalı (Azərbaycan-3), xaşa (A3NİXİ-

75), yonca (ASXİ-1, AzNİXİ-262) və s. bitki sortları, Azərbaycan dağ 

merinosu, Qafqaz camışı cinslərini yaratmışdır. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   828   829   830   831   832   833   834   835   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin