REAKSİYA YARANMAYAN SƏVİYYƏ – hər hansı populya-
siyada neqativ hal müşahidə edilməyən çirkləndirici maddənin maksi-
mum dozası.
REAKTİVLİK – canlı orqanizmlərin xarici mühitin təsirinə cavab
verməsi (reaksiyası). Növ, yaş, şəxsi-spesifik, fizioloji R. ayrılır.
REDUKSİYA, BİOLOGİYADA – orqanizmlərin fərdi (ontogenez)
və ya tarixi (filogenez) inkişafı gedişində orqanların kiçilməsi, quruluş-
unun sadələşməsi və çox vaxt onlara xas olan funksiyaların itməsi.
Bəzən orqanın və ya toxumanın tamamilə itməsi də R. adlanır.
REDUSENTLƏR (lat. reducentis – qayıdan, bərpa olunan) – Öz
həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin
mürəkkəb üzvi maddələrini sadə birləşmələrə (CO
2
, H
2
, O
2
, N
3
və s.)
çevirən (minerallaşdıran) orqanizmlər, bununla onların biota mühitində
biosenoloji mühitin abiotik blokuna və xarici mühitə qaytarılması prose-
sinin yekunlaşması.
Redugentlərin son pilləsi bakteriolizdir – yəni bakterial örtüyün
(qişanın) fermentlərlə həll olunması və hüceyrələrin tərkibindən çıxıb
torpaq məhluluna daxil olması, sonra isə bu maddələrin digər bakteriya-
larla parçalanmasıdır. Bakteriyaların özünün üzvi maddələrinin
reduksiyasında bakteriofaqlar böyük rol oynayır.
Dostları ilə paylaş: |