REKULTİVASİYA OLUNMUŞ TORPAQLARIN NÖVÜ – re-
kultivasiya olunmuş torpaqların kənd təsərrüfatında istifadə növləri və
istiqamətləri (əkin, örüş, biçənək və çox illik bitkilər altında istifadəsi).
REKULTİVASİYA ÜSULLARI – torpaqların rekultivasiyasında
tətbiq olunan, daha doğrusu pozulmuş və çirklənmiş torpaqların münbit-
liyinin bərpa olunmasına yönəldilən fəaliyyət və tədbirlər sistemi. Bura
töküntü süxurların yamaclarının bərkidilməsi, neftə bulaşmış torpaqlar-
da texniki və bioloji rekultivasiya, münbit torpaq qatınn qazılması,
daşınması, bioloji preparatlarla neftli torpaqların qatışdırılması,
kanalların, karxanaların doldurulması, aqrotexniki, fitomeliorativ, meli-
orativ və s. tədbirlərin həyata keçirilməsi kimi işlər daxildir.
Dostları ilə paylaş: |