LANMASI) ƏMSALI – bitki və heyvanlardakı radioizotopların
miqdarının qida məhlulunda, qidada və ya qida mühitindəki miqdarının
nisbəti.
RADİOAKTİV SULAR –tərkibində radioaktiv maddələr çox olan
təbii sular.
RADİOAKTİV TULLANTILAR – tərkibində müəyyən normadan
artıq radioaktiv izotop olan tullantılar: maye, bərk və qaz halında ola
bilər. Maye R.t. atom elektrik stansiyalarında istifadə edilmiş nüvə
yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif radioak-
tiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir.
RADİOAKTİV TULLANTILARIN YERİN
DƏRİNLİKLƏRİNDƏ BASDIRILMASI – radioaktiv tullantıların
yayılması və canlı orqanizmlərə zərərli təsir göstərməməsi üçün onların
basdırılması.
RADİOAKTİV ŞÜALANMA – Alfa, beta və qamma şüalarının
yayılması.
Dostları ilə paylaş: |