TORPAQLARIN AQROİSTEHSAL QRUPLAŞMASI – T.a.q. –
torpaqların təsnifat vahidlərinin xassələrinə və ya hər hansı bir kənd
təsərrüfat bitkisinə, yaxud bitgi qrupuna münasibətdə yaxın aqronomik
keyfiyyətlərinə görə birləşdirilməsidir. Tərtib olunmuş bonitirovka
şkalaları və sinifləri əsasında Azərbaycan torpaqlarının aqroistehsal
qruplaşması aparılmışdır (Q.Ş.Məmmədov, 1985,1991). Torpaqlar beş
aqroistehsal qrupunda qruplaşdırılmışdır.
I qrup – yüksək keyfiyyətli torpaqlar. Bu torpaqlar yüksək balla (81-
dən çox) qiymətləndirilərək yüksək siniflərə (IX-X) daxil edilmişdir.
II qrup – yaxşı keyfiyətli torpaqlar münbitlik göstəricilərinə görə
61-80 balla qiymətləndirilmiş və VII-VIII bonitet sinfinə aid edilmişdir.
III qrup – orta keyfiyyətli torpaqlar. Bu torpaqlar 41-60 balla
qiymətləndirilərək V - VI bonitet siniflərinə aid edilmişdir.
IV qrup – aşağı keyfiyyətli torpaqlar, 21-40 balla qiymətləndirilmiş
və III-IV bonitet siniflərinə aid edilmişdir.
V qrup – kənd təsərrüfatı istehsalı üçün şərti yararsız torpaqlardır.
Bura güclü şorlaşmış, güclü şorakətli, daşlı, bataqlıq torpaqları daxildir.
Dostları ilə paylaş: |