QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə994/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   990   991   992   993   994   995   996   997   ...   1096
TORPAĞIN REQRADASİYASI (lat. reqradatio – geriyə hərəkət) 

– 1) torpaqəmələgəlmənin  əvvəlki mərhələsinə qayıtması prosesi; 2) 

əlverişli təbii (iqlim, nəmlik, termik rejim, otarmanın azaldılması, 

mikroorqanizmlərin iştirakı ilə üzvi qalıqların parçalanması, 

humuslaşması) və antropogen (torpağın düzgün şumlanması, elmə 

əsaslanmış meliorasiya üsullarının tətbiqi və s.) amillərin təsiri 

nəticəsində torpağın münbitliyinin bərpası. 

TORPAĞIN SU REJİMİ – torpaq suyunun hərəkətini, bitki 

tərəfindən onun sərf edilməsi və istifadəsini təyin edən hadisə  və 

proseslərin məcmusu; torpaq münbitliyinin amillərindən biri. T.s.r. 

torpağın tərkibi və xassələrindən (hiqroskopikliyi, susızdırması, su tu-

tumu və s.) iqlim və hava şəraitindən, relyefdən, torpaq hazırlanmasının 

(şumlanması) üsulundan, becərilən bitkinin xüsusiyyətindən asılıdır. 

Torpağın su balansı müəyyən dövr ərzində ona daxil olan sulardan (at-

mosfer yağıntıları, kondensasiya olunan atmosfer suyu, qonşu 

sahələrdən daxil olan səthi və torpaq su axımı, suvarma suyu) və xaric 



 

455 


 

olan sulardan (səthi və torpaq su axınları, bitki tərəfindən və torpaqdan 

buxarlanan sular) ibarətdir. 

Torpağın hazırlanması üsulları, fiziki, kimyəvi və mikrobioloji 

proseslər, bitkinin su ilə  təmin olunması T.s.r.-ndən asılıdır. T.s.r.-ni 

təmin etmək üçün torpaq suyunu toplamaq, saxlamaq və  səmərəli 

istifadə etmək lazımdır (qarın toplanması, qar suyunun saxlanması, 

torpağın düzgün hazırlığı, suvarma, qurutma və s.). T.s.r. hava və istilik 

rejimləri, həmçinin bitkinin qida rejimi ilə sıxı əlaqədardır. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   990   991   992   993   994   995   996   997   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin