TORPAĞIN MORFOLOGİYASI – torpağın xarici əlamətlərinin
məcmusu. T.m., əsasən, çöldə torpağın təbii profili üzərində öyrənilir.
Torpaqların əsas morfoloji əlamətləri onun quruluşundan, rəngindən,
strukturundan, kipliyindən, möhtəviyyatından, yenitörəmələrindən
ibarətdir. Torpaq əmələ gəldikcə onda müxtəlif genetik qatlar yaranır.
Belə torpağın ümumi görünüşü onun quruluşu adlanır.
TORPAĞIN MÜHAFİZƏSİ – Torpaq örtüyünü və onun
münbitliyini saxlamaq üçün kompleks tədbirlər.
TORPAĞIN MÜNBİTLİYİ – torpağın bitkilər tərəfindən
mənimsənilən qida maddələri, rütubət və s. ilə təminetmə və
məhsulvermə qabiliyyəti. T.m. iki cürdür: təbii (potensial) və süni
(effektiv). Təbii münbitlik ancaq təbii amillərin və torpaqəmələgətirən
proseslərin kombinasiyasından və qarşılıqlı təsirindən asılı olur. Bu
səbəbdən də təbii münbitliyə yalnız xam torpaqlarda təsadüf oluna bilər.
Süni münbitliyi insan yaradır. T.m. statik xassə deyil, dinamik xassədir
və torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da arta
bilər.
Dostları ilə paylaş: |