171
torpağın tərkibində bitkilər üçün kifayət miqdarda mikroelementlər olur. Mikroele-
mentlərin çatışmaması zamanı onların
torpağa verilməsi zəruri olur,
ona görə ki,
yaranmış defisit bitkilərdə bir sıra pozuntular əmələ gətirir - dəmirin çatışmamasın-
dan xloroz yaranır, borun çatışmaması yarpaqların deformasiyasını, molibdenin
çatışmaması boyun
ləngiməsini, silisiumun çatışmaması
fosforun mənimsənilməsini
çətinləşdirir və s. Daş unu, əsasən, komposta əlavə kimi istifadə olunur.
Daş unu əhəng daşından, bazaltdan, qranitdən və s. minerallardan hazırlana
bilər. Onun istifadəsi zamanı torpağın tipi və konkret bitkinin tələbatı nəzərə alınma-
lıdır.
Daş ununun əldə edilməsi fermer üçün xüsusi çətinlik doğurmur. Məsələn, daş
unu böyük miqdarda karxanalarda toplanır.
Dostları ilə paylaş: