Kompost tığı üçün əlavələr Kül Odun külünün tərkibi, əsasən, kalium və fosfor, ümumilikdə isə azot istisna
olmaqla bitkilər üçün tələb olunan bütün maddələrlə zəngindir. Lakin onu komposta
tığın ümumi həcminin 3%-dən artıq əlavə etmək olmaz, ona görə ki, su ilə reaksiyaya
girərək kaliumu turşulaşdırır. Belə olan halda kaliumun ciddi itkisi baş verə bilər.
Daş unu Daş unu, əsasən, bazaltdan hazırlanır və təbii mineral gübrə kimi ekoloji təsər-
rüfatçılıqda, xüsusən də çoxillik əkmələrdə müvəffəqiyyətlə istifadə edilir. Daş
ununun tərkibində bitkilər üçün tələb olunan əksər mikroelementlər vardır. Adətən,