199
bakteriya
Cins müxtəlifliyi
Erkək
heyvanla birgə əlaqəsi
İfrazat sidiyin
keyfiyyət və
miqdarı
Tövlə sistemi
Gigiyenası
Əlaqələri
Hərəkətləri
Yemin kəmiyyəti və keyfiyyəti
Baytarlıq
nəzarəti
Bakteriya parazitlər-
tüfeylilər
viruslar
Ekotəsərrüfatlarda bir qayda olaraq boyatmanı sürətləndirən, iştahanı, məhsul-
darlığı artıran
sintetik qida maddələrinin, sintetik hormonların, konservantların,
boyaların, ekstraktların, həmçinin gen dəyişkənliyinə məruz qalmış orqanizmlərin
və onların məhsullarının tətbiqi yolverilməzdir. Təcrübə göstərmişdir ki, bu
əlavələr heyvanların sağlamlığına mənfi təsir edir.
Hətta gündəlik yem payının ayrılmaz tərkib hissəsi hesab edilən qüvvəli
yemlərin miqdarının artırılması mədədə turşuluğu yüksəltməklə bəzi
problemlər
doğurur, gözlənilən məhsulun (ətin, südün) keyfiyyətini aşağı salır.
8.1.4. Müalicə
Digərlərindən fərqli olaraq, ekotəsərrüfatlarda profilaktik
tədbirlərə üstünlük
verilir. Kimyəvi preparatlarla müalijəyə yalnız o vaxt yol verilir ki, aparılan profi-
laktiki tədbirlər gözlənilən səmərəni vermir. Lakin belə hallarda ehtiyatlı olmaq
gərəkdir ki, heyvanların sağlamlıq durumu ziyan çəkməsin. Bunların
bəziləri haq-
qında məlumata diqqət yetirək. Aşkarlanıb ki, antibiotiklər yalnız zərərli deyil,
həm də faydalı mikroorqanizmlərin fəaliyyətini məhdudlaşdırır. Digər tərəfdən
mikroorqanizmlər, gənələr və həşəratlar tədricən dərmanların zəhərli (ziyanlı)
təsirlərini
dəf edərək, hətta yuxarı dozalara uyğunlaşır. Odur ki, vaxtaşırı dozanı
(kəsafəti) artırmaq əvəzinə, dərman maddələrinin yeniləri ilə əvəzlənməsi məsləhət
görülür. Digər tərəfdən,
kimyəvi maddələr qana, limfaya, toxuma və orqanlara
keçərək dölə (rüşeymə, embriona) mənfi təsir göstərir,
eləcə də bu heyvanlardan
əldə olunan ət və süd məhsulları ilə qidalanan insanlarda müxtəlif fəsadlar törədir.
Dostları ilə paylaş: