8.1.1. Cinslərin seçilməsi Son vaxtlara qədər ümumi qaydada təşkil edilmiş fermada heyvanların məhsul-
darlığını artırmaq naminə bütün üsullar məqbul sayılırdı. Bu zaman yeni yüksək
məhsuldar cinslərin yaradılması, gətirilmə heyvanların yeni şəraitə uyğunlaşdırıl-
ması, yem rasionunun tələbata yaxınlaşdırılması, hətta klonlaşdırma və rüşeymin
köçürülməsi ən dəyərli yenilik qismində təqdim olunurdu. Bu üsulların istifadəsi
heyvanların məhsuldarlığını real surətdə artırır, lakin istənilən nəticələr aborigen
(yerli) cinslərin kökünün kəsilməsi, heyvanların sağlamlığına zorakı müdaxilələr,
məhsulun keyfiyyətinin aşağı düşməsi və ətraf mühitin çirklənməsi hesabına əldə
olunurdu.
Odur ki, ekotəsərrüfatda cinslərin seçilməsi zamanı yuxarıda qeyd olunan bütün
amillər nəzərə alınır. Burada maksimal surətdə yerli şəraitə uyğunlaşdırılmış
cinslərin yaradılması və ya gətirilməsinə xüsusi yer verilir. Qayda olaraq formalaşan
ekotəsərrüfata heyvanlar mövcud ekotəsərrüfatlardan gətirilməlidir. Bu imkan
olmayan halda, istisna kimi heyvanların adi təsərrüfatlardan gətirilməsinə yol verilir.