3. Qüvvəli yemlər Yüksək qidalalığa malik bütün növ dən yemləri, qarışıq yem və sənaye
tullantıları qüvvəli yemlərə aiddir.
Qarğıdalı ən yüksək məhsuldar dən bitkisidir. Qidalılıq dəyəri yüksəkdir (1,34
y.v.), yaxşı həzm olunur. Yarma halında digər dən yemlərə qarışdırılaraq yedizdirilir.
Arpa, buğda, darı, vələmir və s. dən yemlərinin qarışığı daha əhəmiyyətlidir.
Texniki istehsalat tullantılarından ekoloji heyvandarlıqda o yemlər istifadə edilir ki,
onlar ekoloji təsərrüfatda istehsal edilsin və texniki istehsalatda kimyəvi və texniki
işlənmələrdən keçməsin. Daha doğrusu, onun ekoloji saflığı qorunmuş olsun.
Heyvan mənşəli yemlər
Ənənəvi heyvandarlıqdan fərqli olaraq ekoloji heyvandarlıqda heyvan mənşəli
yemlərdən istifadə edilmir. Yalnız buzovlar süd dövründə ana südü ilə bəslənilə
bilər. Ət-sümük, balıq unu, qan və s.-dən yem kimi istifadə edilməsi ekoloji heyvan-
darlıqda yolverilməzdir.
Qarışıq yemlər
Qarışıq yemlər quru qarışıq, dənəvər və un halında olur. Ekoloji heyvandarlıqda
o qarışıq yemlərdən istfadə edilir ki, onlar məqsədli hazırlanmış olsun və tərkibində
naməlum qarışıqlar olmasın. Qüvvəli dənlər qarışığı ekoloji təsərrüfatın istehsal
etdiyi məhsulları olmalıdır.
Mineral maddələrdən kalsium, fosfor duzları, natrium xlorid və bəzi hallarda
dəmir və yod yemlərdə çatışmır. Mineral əlavələr kimi qarışıq yemlərə xörək duzu,
təbii mineral duzlar, ağac külü və pəhriz məqsədi ilə ağac kömürü əlavə edilə bilər.
Yay dövründə yaşıl kütlə vitaminlərə olan ehtiyacı ödəyir. Qış dövründə isə
cücərdilmiş yemlərdən istifadə edilməsi məsləhət bilinir.
Yemlərin yedizdirilmə üçün hazırlanması
Dən yemləri yedizdirilmədən əvvəl xırdalamaq lazımdır. Bütöv dəni (məsələn,
vələmiri) ancaq atlara vermək olar. Yağla zəngin olan dənləri (qarğıdalı, vələmir)
xırdalandıqdan sonra 10 gündən artıq saxlamaq olmaz. Yağlı yemlər xırdalandıqda
çox qalarsa, acıma gedir. Yedizdirilməzdən əvvəl xırdalanmış yemləri islatmaq
lazımdır. Şirəli yemlərdən kök yumruları və kökümeyvəlilər yuyulub doğranmaqla
və bütöv halda yedizdirilir.
Qaba yemlər (küləş, qarğıdalı və s.) xırda doğranaraq yedizdirilir. Doğranmış
kütləni qaynar buxardan keçirməklə üzərinə qüvvəli yem sərdikdə heyvanlar daha
iştahla yeyirlər.