Simmental cinsi. Bu malın məhsuldarlıq və damazlıq keyfiyyəti olduqca yük-
səkdir, yerli cinslərin təkmilləşdirilməsində istifadə edilmişdir. Cinsin əsas xassələri:
yediyi yemin müqabilində çoxlu məhsul hasil etmək, tezyetişkənlik, qüvvətli
boyatma enerjisi, kökəlmə qabiliyyəti, ətin yüksək keyfiyyətli olması və s. Cinsin
rəngi ala-qırmızıdır. Qırmızı rəng geniş dairədə adi qırmızıdan açıq qırmızıya, hətta
sarıya qədər dəyişilir. Hazırda ən çox təsadüf edilən rəng sarı-aladır. Buynuzları,
dırnaqları və burun aynası sarımtıl-ağ rəngdən saman xatırladan sarı rəngə qədər
dəyişən olur. Heyvanların buynuzlarının uclarında qırmızılıq, dırnaqlarının üzərində
qırmızı zolaq və burun aynası üzərində pası xatırladan ləkə olur.
Süd məhsuldarlığı və yağlılığı kifayət qədər yüksəkdir (4,3-4,5%). Buzovlar
doğulduqda 40-50 kq, yaşlı inəklər 650-800 kq, buğalar isə 950-1100 kq olur. Ətlik
210
keyfiyyəti yüksək olub, kökəldilmiş cöngələr 18 aylıqda 420 kq, 24 aylıqda 480 kq
canlı kütləyə çatır. Yerli şəraitdə dözümlü olub, yaxşı adaptasiya olunub. Ekoloji
məhsul istehsalı üçün əlverişli cinsdir.