Azərbaycan camışı Respublikamızın heyvandarlığı müxtəlif növ genofondlarla zəngindir. Azərbay-
can camışı bu genofondlar içərisində məhsuldarlığı və ekoloji dözümlüyü baxımdan
daha üstün olub, xalqımızın həyatında xüsusi rol oynamışdır.
Camış südlük və ətlik mal kimi özünün bir sıra qiymətli ekoloji xüsusiyyətlərinə
görə qaramal cinslərindən fərqlənir və təsərrüfat nöqteyi-nəzərindən onlardan xeyli
üstündür. Südünün yağlığına görə camış bütün qaramal cinslərindən, hətta yağlı-
südlü heyvan növü olan yak, qoyun və zebulardan da xeyli üstündür.
Azərbaycan camışının bəzi infeksion xəstəliklərə qarşı nisbətən davamlı olması
və xüsusən onların hemosporidioz xəstəliklərə tutulması xüsusiyyəti camışçılığın res-
publikamız üçün heyvandarlığın ən əlverişli bir sahəsi olduğunu bir daha sübut edir.
Hazırda respublikamızda (2004-ci ildə) 307,4 min baş camış yetişdirilir ki,
bunun da 47,1%-ni ana camış təşkil edir. Azərbaycanda camışların ən çox yayıldığı
bölgələrdən Şəki-Zaqatalada – 23,8%, Gəncə-Qazax bölgəsində – 15,8%, Muğan-
Salyan – 21,0%, Şirvan bölgəsində – 34% və Naxçıvan MR-də 5,4% camış
saxlandığı müəyyən edilmişdir.
Azərbaycan camış cinsi dünyanın digər camış cinslərindən fərqli olaraq südün
yüksək yağlılığı ilə seçilir. Məqsədyönlü seleksiya işi aparılan camışçılıq-fermer
təsərrüfatlarında yaxşı yemləmə və bəsləmə şəraitində camışların orta süd məhsul-
darlığı 1200 kq-dan 2500 kq-a çatır. Lakin belə qabaqcıl təsərrüfatlarla yanaşı 1000-
900 kq və aşağı süd verən fermer təsərrüfatları da var.