Ekofermada qaramalın saxlanma üsulu Qaramal iki üsulla saxlanılır: bağlı və açıq. Ekofermada açıq saxlama
üsuluna üstünlük verilir, çünki bu üsulda heyvan tam sərbəst olur.
• Sağmal inəklər pəyə şəraitində bağlı, yay-düşərgə şəraitində isə açıq üsulla
saxlanmalıdır. İmkan daxilində heyvanların gün ərzində daha çox açıq
saxlanmasına şərait yaradılmalıdır.
• İnəklərin çirklənməməsi və yelinin soyuqlamaması üçün döşəməyə quru
döşənək materialı (küləş, taxta kəpəyi və s.) səpilməlidir.
• Bağlı şəraitdə hər inəyə 1,5x2,4 metr sahə ayrılması məqsədəuyğundur. Pəyə-
nin daxilində hər baş inəyə 15-201 m
3
hava tələb edilir. Havanın nisbi nəmliyi
60-70%, temperaturun 10-14C
0
olması məsləhətdir. Pəyədə havadəyişdirici
sistem və normal işıqlama (20 lüks) olmalıdır.
• Cavan heyvanlar yaş və cinsiyyət üzrə qruplaşdırılaraq açıq saxlama şəraitində
saxlanılır. Ekoloji təsərrüfatda heyvanların saxlanması onların növündən
(qaramal, qoyun, donuz, quş və s.) asılı olmayaraq açıq saxlama sisteminə
üstünlük verilməlidir. Hava şəraitinin dəyişməsi (soyuması) ilə əlaqədər olaraq
qış aylarında da pəyə şəraitində (sağmal, inəklər istisna olmaqla) açıq saxlama
sistemindən istifadə edilir.
• Ənənəvi təsərrüfatda heyvanların sənaye texnologiyası şəraitində saxlanması
maya dəyəri aşağı düşməklə məhsulun miqdarını artırır. Lakin heyvanların
dözümlüyü aşağı düşür, xəstəliyə tez tutulur, qısırlıq halları çoxalır, istehsal
olunmuş məhsulun təbiiliyi itir və keyfiyyəti aşağı düşür. Xəstələnmiş hey-
vanlar təbii müalicə üsullarına reaksiya vermir və kimyəvi dərmanların tətbiqi
məcburiyyətində qalırıq.
Ekoloji təsərrüfat şəraitində isə heyvandarlıqda ekstensiv üsul tətbiq edildiyin-
dən məhsulun maya dəyəri nisbətən yüksək, miqdarı az olur. Lakin məhsulun təbii
keyfiyyəti və ekoloji qidalılığı yüksək olur. Heyvanlar açıq hava şəraitində çox
olduğuna görə günəş şüalarının təsiri altında xəstəliklərə dözümlülük artır, həyatilik
qabiliyyəti yüksək olur, qısırlıq halları aradan qalxır.