8.4. Ekofermada qaramalın yemləndirilməsi Əsas şərtlər:
• Yemlər ekoloji təsərüfatda istehsal olunmalıdır.
• Yemlərin keyfiyyəti standart tələblərə uyğun olmalıdır.
• Yem payı heyvanın çəkisinə, məhsuldarlığına, fizioloji vəziyyətinə və
növünə münasib tərtib olunmalıdır.
• Yem payının tərkibində heyvan mənşəli yemlər, sintetik yem əlavələri, boy
hormonları, genetik dəyişdirilmiş maddələr və s. olmamalıdır.
• Yem əlavələri kimi təbii mineral maddələrdən - xörək duzu, tabaşir, ağac
kömürü və bəzi təbii birləşmələrdən istifadə edilə bilər.