Yeni doğmuş inəklərin yemləndirilməsi Yeni doğmuş inəklərə yaxşı keyfiyyətli quru çəmən otu verilir. İlk günlər (2-3
gün) 1 kq yarmanın hörrəsini vermək məsləhətdir. Tədricən yemlərin quru halda
verilməsi artırılır və 10 gündən sonra sağmal inəklərin ümumi yemləndirilməsi qay-
dasında yemləndirilməlidir. Sağmal inəkləri yemləndirmək üçün inəyin canlı kütləsi,
sağılan südün miqdarı və yağlılığı, inəyin fizioloji vəziyyətini nəzərə alaraq yem
payı tərtib edilir. Köklük dərəcəsi aşağı olan heyvanların gündəlik yem payına 1-2
yem vahidi artırılaraq, onların hər yem vahidinə 110-120 q həzmolunan zülal, 9-10 q
kalsium, 5-6 q fosfor və 40-50 mq karotin əlavə edilməlidir.