Profilaktikasında müvafiq peyvənd vasitələrindən (vaksinlərdən) istifadə
olunur.
4. Brüsellyoz İnfeksion xəstəlik olub, boğaz heyvanlarda balasalma, sonun ləngiməsi və
endometritlə (balalıq yollarının iltihabı) səciyyələnir.
Brüsellyoza iri və xırda buynuzlu heyvanlar, donuzlar və cütdırnaqlılar
həssasdır. Qoyun və keçilərdə infeksion proses zootiya ilə nəticələnir.
Xəstəliyin əlaməıtləri. Əsas əlamət, boğaz heyvanlar arasında balasalma
sayılır. Bəzən balasalma 70%-ə çatır. Adətən, balasalma boğazlıq dövrünün 3-5-ci
aylarında müşahidə olunur. Bəzi hallarda doğuş müəyyən edilmiş vaxta düşür,
lakin bala ölü doğulur, yaxud həyat qabiliyyətini itirmiş bala zəif olur və 2-3
gündən sonra ölür. Erkəklərdə əsas əlamət – cinsiyyət vəzilərinin iltihabı və
həkdən düşmə sayılır.
Profilaktikası . Heyvanlarda balasalma müşahidə edildikdə xəstələri təcili
təcrid edib, baytar həkiminə məlumat vermək lazımdır. Xəstə heyvanların
müalicəsi qadağandır. Mövcud baytarlıq qanununa əsasən onları sanitar kəsimə
vermək lazımdır. Brüsellyoza qarşı kompleks tədbirlər zamanı, bəzi hallarda qoyun
və keçilər peyvənd olunmalıdır.
5. Dabaq Dabaq cütdırnaqlı heyvanların itigedişli, kəskin kontagioz xəstəliyi olub,
qızdırma, ağızın selikli qişasında, dırnaqlarda və yelində aftozlu (sujuqlu)
zədələnmələrin əmələ gəlməsilə səciyyələnir. Xəstəliyə qoyun və keçilər nisbətən
az həssasdır. Yoluxma mənbəyi xəstə heyvanlardır. Onlar virusu burundan və
ağızdan axan seliklə yayır. Qısa müddətdə sidik və ekskrimentlər vasitəsilə
ətrafdakı əşyalar sirayətlənir. Heyvanlar, əsasən, virusla sirayətlənmiş yem və su
qəbul etdikdə, ağızın selikli qişası vasitəsilə yoluxur.
Xəstəliyin əlamətləri. Xəstəlik bədən temperaturunun yüksəlməsilə başlayır.
Ağızda, dırnaqların arasında və yelində sucuqlar, suluqlar (səpkilər) əmələ gəlir.
Profilaktika. Xəstəliyə son diaqnoz qoymaq və onun qarşısını almaq
məqsədilə, heyvanları təcrid etmək və baytar həkimi dəvət etmək lazımdır.
Heyvanlara dabaq əleyhinə serum vurmaqla, yoluxmanın qarşısını almaq mümkün
olur. Xəstələrin vaxtında müalicə edilməsi yaxşı nəticə verir. Suluqlar cərrahi
yolla təmizləndikdən sonra, zəylə və antibiotiklərlə yuyulmalıdır.