232
8.8.2. İnfeksion xəstəliklər
1. Qarayara
Qarayara kənd təsərrüfatı heyvanlarının itigedişatlı yoluxucu xəstəliyidir.
İnfeksiya qanın yoluxması, şiddətli zəhərlənmə, eləcə də bədənin
müxtəlif
hissələrində yaraların əmələ gəlməsi ilə müşayiət olunur. Xəstəliyə iri və xırda
buynuzlu heyvanlar, at və donuzlar həssasdır.
Quşlar və gəmiricilər qarayara xəstəliyinə tutulmur, lakin onun törədicisinin
daşıyıcısı ola bilər. Xəstəlik, adətən, yay aylarında, heyvanlar
otlaqda olan zaman
baş verir. Xəstə heyvandan (leşdən) torpağa düşən bakteriyalar spor əmələ
gətirərək illərlə yaşayır. Yoluxma yem, su, eləcə də xırda gəmiricilər və həşəratın
sancması sayəsində baş verir.
Zooantroponoz xəstəliklər kimi insanlara heyvanlardan keçir. Ona görə də,
belə xəstəliklər çox təhlükəlidir.
Xəstəliyin əlamətləri. Xəstəliyin ümumi - infeksion, ağciyər, bağırsaq və
atipik formaları mövcuddur. Çox vaxt xəstəlik ildırımvarı gedişli olur,
nəticədə
heyvan qəflədən səndələyir, yıxılır, çətin nəfəs alır, burnundan və ağzından qanlı
köpük gəlir, dişlərini qıcıyır, bədən temperaturu 42C
0
-yə qədər yüksəlir. Belə
şəraitdə heyvan bir neçə dəqiqə ərzində ölür. Az hallarda xəstəliyin iti və xroniki
formalarına rast gəlmək olur. Xəstəliyin əsas əlamətlərindən biri heyvanın
qanının gec laxtalanmasıdır.
Profilaktikası. Xəstəliyin qarşısının alınması naminə təhlükəli, qeyri-salamat
ərazilərdə heyvanlar peyvənd edilir. Heyvanların nəzarətsiz kəsiminə qadağa
qoyulur və çeyillik yerlərdə meliorativ tədbirlər aparılır. Yadda saxlamaq lazımdır
ki, qarayara
xəstəliyində leşi yarmaq, ətdən qida kimi istifadə etmək qəti
qadağandır. Heyvanın leşi, yerindəcə qazılan quyu və ya xəndəkdə
zərərsizləşdirilir.
Dostları ilə paylaş: