Амин Бабайев, Вцгар Бабайев


Şəkil 82.  Heyvan xəstəlikləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə283/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   279   280   281   282   283   284   285   286   ...   431
 
Şəkil 82.  Heyvan xəstəlikləri 
 
 
Xəstəlik 
Yoluxan xəstəliklər 
Yoluxmayan xəstəliklər
İnvazion 
1. Avitominozlar 
2. Yalamalar 
- Mexaniki, fiziki və 
kimyəvi təsirlərdən baş 
verən zədələr 
4. Zəhərlənmələr 
 
İnfeksion  
1. Fassilyoz 
2. Monizoz 
3. Diktiokaulyoz 
4. Askaridozlar 
5. Trixosefalyoz 
6. Exinokokkoz 
7. Qan-parazitar 
xəstəliklər 
8. Qoturluq və s. 
 
1. Qarayara 
2. Nekrobakterioz 
3. Çiçək 
4. Brüsellyoz 
5. Dabaq 
6. Leptospiroz 
7. Salmanellyoz 
8. Bratzot 
9. Diplokokk  
10. Quzuların anaerob 
dizenteriyası və s. 


 232
8.8.2. İnfeksion xəstəliklər 
 
 
1. Qarayara 
Qarayara kənd təsərrüfatı heyvanlarının itigedişatlı  yoluxucu xəstəliyidir. 
İnfeksiya qanın yoluxması,  şiddətli  zəhərlənmə, eləcə  də  bədənin müxtəlif  
hissələrində yaraların  əmələ  gəlməsi ilə müşayiət olunur. Xəstəliyə iri və  xırda 
buynuzlu heyvanlar, at və donuzlar həssasdır. 
Quşlar və gəmiricilər qarayara xəstəliyinə tutulmur, lakin onun  törədicisinin 
daşıyıcısı ola  bilər. Xəstəlik, adətən, yay aylarında, heyvanlar otlaqda olan zaman 
baş verir. Xəstə heyvandan (leşdən)  torpağa düşən bakteriyalar spor əmələ 
gətirərək illərlə yaşayır. Yoluxma yem, su, eləcə də xırda gəmiricilər və həşəratın 
sancması sayəsində  baş verir. 
Zooantroponoz xəstəliklər kimi insanlara heyvanlardan keçir. Ona görə  də,  
belə xəstəliklər çox təhlükəlidir.  
Xəstəliyin  əlamətləri. Xəstəliyin  ümumi - infeksion, ağciyər, bağırsaq və 
atipik formaları mövcuddur. Çox vaxt xəstəlik ildırımvarı gedişli olur, nəticədə 
heyvan qəflədən səndələyir, yıxılır, çətin nəfəs alır, burnundan və ağzından  qanlı 
köpük gəlir, dişlərini qıcıyır, bədən temperaturu 42C
0
-yə  qədər yüksəlir. Belə 
şəraitdə heyvan bir neçə dəqiqə ərzində ölür. Az hallarda xəstəliyin  iti və xroniki 
formalarına rast gəlmək olur. Xəstəliyin  əsas  əlamətlərindən  biri heyvanın  
qanının gec laxtalanmasıdır.  
Profilaktikası.  Xəstəliyin  qarşısının alınması naminə təhlükəli, qeyri-salamat 
ərazilərdə heyvanlar  peyvənd edilir. Heyvanların nəzarətsiz kəsiminə qadağa 
qoyulur və çeyillik  yerlərdə meliorativ tədbirlər aparılır. Yadda saxlamaq lazımdır 
ki, qarayara xəstəliyində leşi yarmaq,  ətdən qida kimi istifadə etmək qəti 
qadağandır. Heyvanın leşi, yerindəcə    qazılan quyu və ya xəndəkdə 
zərərsizləşdirilir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin