Амин Бабайев, Вцгар Бабайев


Profilaktikasında  müvafiq peyvənd vasitələrindən (vaksinlərdən) istifadə  olunur.   4. Brüsellyoz



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə285/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   281   282   283   284   285   286   287   288   ...   431
       Profilaktikasında  müvafiq peyvənd vasitələrindən (vaksinlərdən) istifadə 
olunur.  
4. Brüsellyoz 
İnfeksion xəstəlik olub, boğaz heyvanlarda balasalma, sonun ləngiməsi və 
endometritlə (balalıq yollarının iltihabı) səciyyələnir. 
Brüsellyoza iri və  xırda buynuzlu heyvanlar, donuzlar və cütdırnaqlılar 
həssasdır. Qoyun və keçilərdə infeksion proses zootiya ilə nəticələnir. 
Xəstəliyin  əlaməıtləri.  Əsas  əlamət, boğaz heyvanlar arasında balasalma 
sayılır. Bəzən balasalma 70%-ə çatır. Adətən, balasalma boğazlıq dövrünün 3-5-ci 
aylarında müşahidə olunur. Bəzi hallarda doğuş müəyyən edilmiş vaxta düşür, 
lakin bala ölü doğulur, yaxud həyat qabiliyyətini itirmiş bala zəif  olur və 2-3 
gündən sonra ölür. Erkəklərdə  əsas  əlamət   cinsiyyət vəzilərinin iltihabı  və 
həkdən düşmə sayılır.  
Profilaktikası
. 
Heyvanlarda balasalma müşahidə edildikdə  xəstələri təcili  
təcrid edib, baytar həkiminə  məlumat vermək lazımdır. Xəstə heyvanların 
müalicəsi qadağandır. Mövcud baytarlıq qanununa əsasən onları sanitar kəsimə 
vermək lazımdır. Brüsellyoza qarşı kompleks tədbirlər zamanı, bəzi hallarda qoyun 
və keçilər peyvənd olunmalıdır. 
5. Dabaq 
Dabaq cütdırnaqlı heyvanların itigedişli, kəskin kontagioz xəstəliyi olub, 
qızdırma, ağızın selikli qişasında, dırnaqlarda və yelində aftozlu (sujuqlu) 
zədələnmələrin əmələ gəlməsilə səciyyələnir. Xəstəliyə qoyun və keçilər nisbətən 
az həssasdır. Yoluxma mənbəyi xəstə heyvanlardır. Onlar virusu burundan və 
ağızdan  axan seliklə yayır.  Qısa müddətdə sidik və ekskrimentlər vasitəsilə 
ətrafdakı  əşyalar sirayətlənir. Heyvanlar, əsasən, virusla sirayətlənmiş yem və su 
qəbul etdikdə, ağızın selikli qişası vasitəsilə yoluxur.  
Xəstəliyin əlamətləri. Xəstəlik bədən temperaturunun yüksəlməsilə başlayır. 
Ağızda, dırnaqların arasında və yelində sucuqlar, suluqlar (səpkilər) əmələ gəlir. 
Profilaktika.  Xəstəliyə son diaqnoz qoymaq və onun qarşısını almaq 
məqsədilə, heyvanları  təcrid etmək və baytar həkimi dəvət etmək lazımdır. 
Heyvanlara dabaq əleyhinə serum vurmaqla, yoluxmanın qarşısını almaq mümkün 
olur. Xəstələrin vaxtında müalicə edilməsi yaxşı  nəticə verir. Suluqlar  cərrahi 
yolla təmizləndikdən sonra, zəylə və antibiotiklərlə yuyulmalıdır.  
 
 
 


 234

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin