4. Tif-pulloroz Quşlar arasında çox təsadüf edilən xəstəliklərdəndir. Adətən, cücələrdə iti,
nadir hallarda xroniki, yaşlı quşlarda isə gizli forması səciyyəvi sayılır. Xəstəlik
bağırsaqların və parenximatoz orqanların (qaraciyər, dalaq, böyrək) zədələnməsi
qanın sirayətlənməsi və kütləvi qırğınla (80%-ə qədər) özünü göstərir. Yoluxmuş
toyuqlarda mikrob yumurtaya keçdiyindən, yayılma təhlükəsini artırır, həmçinin
inkubasiya çıxımını 5-7% aşağı salır. Yumurtadan çıxan cücələrdə xəstəlik
əlamətləri görünür. Əgər yoluxma sürünün 3-5%-ni əhatə edərsə, yaşından asılı
olmayaraq, bütün quşlar kəsimə verilir.
Qabaqlayıcı tədbirlər. İlk növbədə, quş salınmazdan əvvəl, damlar silinib-
süpürülür, möhkəm dezinfeksiya aparılır. Xəstəliyə tutulmuş quşlar birbaşa sanitar
kəsimə göndərilir. Qalanlar yerindəcə saxlanmaqla, kompleks dezinfeksiya
tədbirləri həyata keçirilir, şübhəlilər, cavanlar və zəiflər çıxdaş edilir.