241
qantəpər, boymadərən, bağayarpağı, əvəlik, cökə, qatırquyruğu, qırxbuğum, südlə-
yən, yovşan, soğan və sarımsaqdan geniş istifadə olunur. Digər tərəfdən barlı-
bəhərli vətən torpağı Ulu Tanrının yaratdığı əvəzsiz nemətlərin tərkibinin daha da
zənginləşməsinə zəmanət verir.
Lakin Azərbaycan alimlərinin dərman bitkilərinin botaniki tərkibi, kimyəvi və
müalicəvi xüsusiyyətlərinin öyrənilməsində müstəsna
xidmətlərindən hələlik
kifayət qədər bəhrələnmirik. Tibbdə çoxdan sınanmış dərman vasitələrinin heyvan-
darlıqda tətbiqi isə indiyə qədər təsadüfi xarakter daşıyır. Təsadüfən itin, pişiyin,
vəhşi ətyeyənlərin əməlli-başlı otlamasını görəndə buna möcüzə kimi baxılır.
Əslində isə bitki adlarının xeyli qisminin - pişikotu, danaqıran, quşqonmaz, dəvə-
dabanı, ayıdöşəyi, dovşanalması, itboğan və öküzboğanın məhz heyvan mənşəli
olması heç də təsadüfi deyil. Təcrübəli çobanlar otuxan quzuları yovşanlı sahələrdə
otarır ki, onların qurdu tökülsün. Payız vaxtları hətta yaşıl ota məhəl qoymadan,
qoyunlar, acıtəhər söyüd və liqustrum yarpağını (xəzəli) elə iştahla yeyir ki,
niyəsini anlamaq çətin olur. Balqabağın tumunun qurdqovan təsiri çoxdan
məlumdur. Lakin insanlardan fərqli olaraq, onu heyvanlara qabıqlı-qabıqlı, əzilmiş,
doğranmış və üyüdülmüş, toz (poroşok) halında yemlə qarışdırıb
vermək
məsləhətdir. Çox vaxt qızdırmalı heyvanlarda qəbizlik baş verəndə onlara bitki
(çiyid, gənəgərçək, günəbaxan, qarğıdalı) yağı içirdilir. Maraqlı haldır ki,
şalğamturp, bəlğəmotu, murdarça, ziyilotu, dovşandodaq, at əvəliyi də eyni
xassəyə malikdir.
Xüsusilə körpə və cavan heyvanlarda müşahidə edilən ağciyər,
tənəffüs
yolları xəstəlikləri (sətəlcəm) və öskürək əleyhinə bəlğəmotu (gülxətimi), üçyarpaq
yonca, lərgə, mürgüotu, cincilim sağalmanı xeyli tezləşdirir.
Heyvanlar arasında ən çox təsadüf edilən xəstəliklər içərisində mədə-bağırsaq
pozuntuları müxtəlif səbəblər üzündən baş verdiyindən, özəl yanaşmaya kəskin
ehtiyac duyulur. Aparılan müşahidələr göstərir ki, xəstəliyə düçar olmuş heyvan-
ların bağayarpağı, baldırğan, gicitkən, isitməotu, yovşan, mollabaşı (çobanyastığı)
bitən ərazilərdə otarılması sayəsində ishal əlamətləri yaxın 2-3 gündə yox olub
gedir. Əgər
adicə ishal tədricən selikli, qanlı ishalla əvəzlənirsə, dağnanəsi, dazı,
razyana, çınqılotu, sarımsaq (sarımsaqlı qatıq) daha kəsərli sayılır. Kimyəvi və
yemdən zəhərlənməyə şübhə yaranarsa, zəif marqanes məhlulu, atlama, kömürlü
su içirtmək, sabunlu su ilə imalə əməliyyatı aparılmaqla ilkin baytar yardımı
göstərilir.
Sağlamlıq durumuna ciddi təsir göstərən amillərdən biri də heyvanlar arasında
çox təsadüf edilən travmalar, zədələnmələr, yaralar və xoralardır. Birincisi, dəri
örtüyünün zədələnməsi oraya düşən müxtəlif təhlükəli mikroorqanizmilərin
orqanizmə keçməsini asanlaşdırır.
Digər tərəfdən toxuma, damar və sinir tellərinin
zədələnməsi, orqanizmin normal funksional fəaliyyət göstərməsində ciddi
problemlər doğurur. İrin əmələgətirən, çürüdücü, toxuma və toxuma mayesilə
qidalanan, patogen xassəli bakteriyalar sürətlə çoxalaraq, əvvəlcə qanın, sonra isə
bütövlükdə heyvanın zəhərlənməsi riskini xeyli artırır. Nəhayət, ağırlaşma əksər
hallarda qanaxma və qan itkisi ilə müşayiət olunduğundan, gələcəkdə qarşısıalın-
maz fəsadlar törədir. Beləliklə, əməli baytarlıqda işlədilməsi asan olan təbii
vasitələrdən istifadə olunmasına ehtiyac yaranır. Türkəçarə dərmanlar
içərisində
242
qırxbuğum (yolotu, qızılçıq) xüsusi maraq doğurur. El təbabətində təzə (tər)
yarpaqlardan kəsik (cırıq, deşik) yaralardan axan qanı saxlamaq və dəri xəstəlik-
lərində (çiban, sızanaq, ekzema, dermatit) iltihabı (hovlama) aradan qaldırmaq
üçün təpitmə kimi istifadə edilir. Dəmlənməsi (həlimi, sıyığı) isə doğuşdan sonra
və balalığın qanaxmaları zamanı ən təsirli dərmanlardan geri qalmır. Müalicə
çalarları baxımından dovşandodaq, gicitkən, nərgizgülü, qambatı, su bibərindən
hazırlanan dava-dərmanların təsir dairəsinin bir qədər məhdud olmasına baxma-
yaraq tətbiqi kifayət qədər səmərəli sayılır.
Mənşəyindən və səbəbindən asılı olmayaraq demək olar ki,
bütün xəstəliklər
zamanı ürək-qan-damar və sinir sistemi mütləq müəyyən təhdidlərə məruz qalır.
Odur ki, ürək-damar fəaliyyətini nizamlamaq naminə heyvana üskükotu, acıyonca,
inciçiçəyi dəmlənməsi içirdilir. Bədənin müxtəlif nahiyələrində əmələ gələn sulu
şişlərin çəkilməsi üçün ağcaqayın yarpağı, üskükotu, qatırquyruğu və cəfəri
kökünün dəmlənməsi məsləhət görülür. Sinir sistemində baş verən yorucu qıcıqları
aradan qaldırmaq məqsədilə adi damotu (şirquyruğu, şartlağan), pişikotu,
boyaqgülü dəmləmə və ya doğranaraq yem halında xəstələrə verilir.
Vitamin qıtlığı üzündən baş verən xəstəliklərin qarşısını almaqdan ötrü
vitamin, xüsusən yaşıl yemlərlə təminat daimi nəzarət altında saxlanılır. Xəstəliyin
müalicəsində yem payına əzilib xırdalanmış dərgil (itburnu), aloe (əzvay, maldili),
yerkökü həmçinin vitaminlərlə zəngin olan mətbəx qalıqları və sənaye
tullantılarının qatılması, yaranmış vəziyyətdən ən münasib çıxış yoludur.
Ancaq təbabətdən fərqli olaraq heyvandarlıqda ərik, incil, nar, üzüm, sitrus
bitkiləri, zeytun, alma, armud, qarpız, qoz ləpəsi, həmçinin bahalı ədvalardan
(zəfəran, zəncəfil, hil, darçın, mixək) istifadə iqtisadi cəhətdən baha başa
gəldiyindən sərfəli sayıla bilməz. İstisna
hal kimi götürülərsə, həddindən artıq
bahalı dərmanlar yalnız ekzotik ev heyvanları və yüksək məhsuldar heyvanların
müalicəsində tətbiq sahəsi tapır. Təbii ehtiyatların azlığından tədarük üsullarının
çətinliyindən və maya dəyəri baxımından, hələlik dərman bitkilərinin geniş
miqyasda tətbiqi mərhələrlə həyata keçirilməlidir. Lakin aran bölgəsindən fərqli
olaraq dağətəyi və dağlıq ərazilərdə bitki örtüyünün zənginliyi, yaxın vaxtlarda
fermerlər üçün müəyyən dayaq bazaları yaradılmasına imkan verir. Fermer
təsərrüfatlarında ilkin maraq çərçivəsində körpələr arasında geniş yayılmış mədə-
bağırsaq və tənəffüs yollarının iltihabında, sınaqlarda özünü doğrultmuş vasitələrə
üstünlük verilməsi daha məqsədyönümlü sayılır. Bəzi ot, kol və ağac bitkilərinin
tərkibindəki saysız-hesabsız kimyəvi maddələr orqanizmdə toplanaraq, qismən də
olsa, qana, ətə və mənşəcə qanın təbii məhsulu olan südə keçə bilər. Odur ki,
gələcəkdə ətin, südün orqanoleptiki (iyi, tamı, rəngi)
göstəricilərinə mümkün
təsirlərin qarşısı vaxtında alınmalıdır. Çünki quşçuluqda balıq yemlərinin,
heyvandarlıqda silosun, senajın, jmıxın, sənaye qalıqlarının uzun müddətli tətbiqi
heç də məqsədyönlü sayılmır.
Dostları ilə paylaş: