243
alkoloidlər, qlükozidlər, sapominlər, flavonoidlər, aşı maddələri, kumarinlər,
vitaminlər, qətranlar toplanan bitkilər bioloji fəallığına görə başqalarından seçilir.
Əslində isə bu və ya digər birləşmələrin miqdarından asılı olaraq
fəal təsir gücünə
malik olan maddələr fizioloji proseslərin tənzimlənməsinə zəmin yaradır. Bioloji
fəal maddələrin müalicəvi səmərə baxımından təsiredici fəal maddə, yaxud
təsiredici maddə adlandırılması daha məqsədyönümlü sayılır. Bəzən eyni bitkinin
tərkibində bir deyil, bir neçə təsiredici maddə ola bilər. El arasında bitkilərin,
demək olar ki, bütün əzalarından (orqanlardan) istifadə olunur. Bütün bunlar ondan
irəli
gəlir ki, müalicəvi xassələrə malik olan maddələr bitkinin kökündə,
kökümsovunda, kök-köməcində, gövdəsində, qabığında, budağında, zoğunda
yaxud da çiçəyində, ləçəyində, qönçəsində,
meyvəsində, çəyirdəyində, toxumunda,
çiyidində, puçurunda, tumurcuğunda toplanır.
Maraqlı haldır ki, bu və ya digər orqanların (hissələrin) lazımi maddələrlə
zənginləşməsi bitkilərin vegetasiya (inkişaf) dövründən asılıdır. Əsrlər boyu
insanlar tərəfindən sınaqlardan keçə-keçə bizə gəlib çatmış əməli təcrübə, müasir
zəmanədə yeni çalarlarla zənginləşib. Belə ki, artıq kimyəvi tədqiqatlar sayəsində
aşkar edilmiş birləşmələrin bitkinin hansı orqanında daha çox toplanması
aşkarlanıb. Əgər müvafiq şərtlərə (puçurlanma, tumurcuqlanma, çiçəklənmə,
barlanma, yetişmə) əməl olunmursa, tədarük edilən yığıntıdan
müalicə üçün
istifadə etməyə dəyməz. Məsələn, yovşan hələ qönçə ikən, biyan kökü çiçəklənmə,
tütün və xaş-xaş isə inkişafın son dövründə dərman maddələri ilə zənginləşir. Odur
ki, dərman bitkilərinin toplanması işinin ilin münasib vaxtlarında aparılması
mühüm əhəmiyyət kəsb edir.
Çeşidlənməsi və ilkin emalı. Toplanmış yığıntılar mənsubiyyətindən asılı
olmayaraq təmizlənməli, çeşidlənməli, saf-çürük edilməli, qurudulmalı və münasib
qaydada saxlanmalıdır. Əgər müvafiq tövsiyələrə əməl olunmazsa, istifadə zamanı
fəsadlar qaçılmazdır. Xammalın ilkin emalından sonra yekunlaşdırıcı,
vacib
mərhələ onun qurudulmasıdır.
Ümumilikdə götürülsə, qurutma prosesi nə qədər tez başa çatsa, alınan
məhsulun keyfiyyəti də bir o qədər dəyərli olar. Lakin bəzən qurutma prosesinin
tezləşdirilməsi məqsədyönlü sayılmır. Bir qayda olaraq, bitki xammalı 35-40
0
C
istilikdə sobalarda, kürələrdə, çardaqlarda, üstüörtülü tikililərdə, bəzən isə açıq
havada kölgəli yerlərdə həsir çətir dərəcə üzərində qurudulur. Yaşıl,
nəm və ya
azca təpimiş xammal nazik layla sərilib-səpələnir və sutkada ən azı 1-2 dəfə altı-
üstünə çevrilir. Yağıntıdan asılı olaraq qurutma, ipə düzmək, bandaq və ya dəstə
bağlayaraq asmaqla da aparıla bilər. Yadda saxlamaq lazımdır ki, günəş altında
qurudularkən bitkinin tərkibindəki bəzi faydalı birləşmələr parçalanır, təsirini və
təbii rəngini itirir.
Bitki xammalını qurutmaq üçün süni qurğulardan da istifadə edilir. Bu zaman
qurutma prosesi xüsusi kamera və ya şkaflarda qızmış hava (buxar, buğ) cərəyanı
vasitəlsilə aparılır. Normal qurudulmuş məhsulun (materialın) tərkibində 8-15%
nəmlik qalır. Qurudulmuş xammalın orqonoleptiki əlamətlərinə - rənginə, ətrinə,
iyinə, tamına və dadına görə onun keyfiyyətini gözəyarı qiymətləndirmək
mümkündür.
244
Bitki xammalının saxlanması. İlkin emal olunmuş, çeşidlənmiş,
qurudulmuş,
xammalı saxlayarkən onu zərərli təsirlərdən - nəmdən, işıqdan, günəş şüalarından,
cür-cücüdən, zibillənmədən, çirklənmədən, sirayətlənmədən qorumaq lazım gəlir.
Natəmiz, havası nəmli, boğanaqlı, iyli, qoxulu yerlərdə saxlanan xammalın rəngi
dəyişir (qaralır, qaxsayır), kənar diksindirici iy, qoxu, tam əmələ gəlir. Xammalı
kənar təsirlərdən qorumaq üçün təbii parçalardan hazırlanmış torbalardan, taxta,
karton, kağız qutulardan (paketlərdən), tutqun rəngli şüşə və polisterol qablardan
istifadə edilir. Xammal saxlanan tikililərdə (kameralarda)
normal istilik, nəmlik,
aerasiya rejimi yaradılır.
Dostları ilə paylaş: