9.1. Ekoloji məhsulların marketinqi Marketinqə xüsusi diqqətin verilməsi ekoloji kənd təsərrüfatının inkişafında
mühüm yer tutur.
Müasir kənd təsərrüfatının inkişafında istehsal proseslərinə
istehlakçıların maraqlarına nisbətən daha çox diqqət yetirilir.
Ekoloji kənd
təsərrüfatı bu qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edir.
Marketinq - hər hansı bir əmtəənin satışı və ya istehlakçının həqiqətən bəyən-
mədiyi əmtəəni almağa inandırmaq deyil; istehlakçı çox güman ki, ikinci dəfədə
aldanmayacaq.
Marketinq - istehlakçının həqiqətən istədiyi məhsulların müəy-
yənləşdirilməsi, onların münasib qiymətə, hara, nə vaxt və hansı formada
çatdırılmasıdır.
Bununla yanaşı istehlakçının tələbləri ətraf mühitin qorunması və ya davamlı
kənd təsərrüfatı sistemlərinin inkişafı ilə hər zaman uyğun olmur.
Ekoloji kənd
təsərrüfatında marketinq başlıca amil olmasa da, diqqət mərkəzində duran mühüm
seqmentlərdən biridir.
O, ekoloji istehsalın digər komponentləri ilə sıx
birləşdirilməlidir. Marketinqin vəzifəsi o olmalıdır ki, istehlakçı həqiqətən daha
çox ətraf mühitinin qorunması ehtiyacını duyaraq buna görə pul ödəməyə hazır
olsun.