238
Xəstəliyin əlamətləri. İlk əlamətlər əmlik quzular örüşə çıxarılandan 6-7
həftə
sonra özünü göstərir. Heyvanda sancıdan havalanma əlamətləri görünür. Xəstələr
iştahasız olur, yemə məhəl qoymur,
haldan düşür, arıqlayır. Bəzən bağırsaq
keçməzliyi ağır nəticələr verir. Xəstə başını ağrılı tərəfə çevirir, ayağını yerə
döyür, yeriyəndə səndələyir, uzananda çətinliklə qalxır.
Qoruyucu tədbirlər. El arasında qurdqovan
dərman qismində göydaş məhlulu,
yovşan, ayıdöşəyi və qabaq tutmundan istifadə olunur.
Örüşə çıxandan 40-45 gün sonra xəstələrə qurdqovan dərmanlar verilir, qalan
heyvanlarda isə profilaktiki işləmələr aparılır.
Dostları ilə paylaş: