237
Bakteriya, göbələk,
maya və viruslardan başqa, yoluxucu xəstəliklər qurdlar,
gənə, həşərat və ibtidai heyvanlar tərəfindən törədilir. İnvazion
xəstəliklər
içərisində ən geniş yayılanı və təsərrüfatlarda problem doğuranı qurd xəstəlikləridir
(helmintozlar).
İnfeksion xəstəliklərdən fərqli olaraq invazion
xəstəliklər heyvan mənşəli
parazitlər tərəfindən törədilir. Bəzən parazitar xəstəliklər adı altında təqdim olunur.
Buraya ümumi qayda olaraq qurdlar, gənələr, cücülər (həşərat)
tərəfindən törədilən
xəstəlik aid edilir. Sayca çox olmasına baxmayaraq onlardan ölkə ərazisində
iqtisadi baxımdan fermerlərə narahatlıq verən
və ciddi problemlər doğuran
parazitar xəstəliklərə diqqət yetirilir.
El arasında kəpənəkqurdu, soxulcan, qılqurd, bıyqurd adı ilə tanınır.
Xarici
görünüşü forması və qurluşuna görə yastı, yumru və başıtikanlı qurdlar ayırd edilir.
Yastı qurdlar isə görkəminə uyğun olaraq yarpaqvarı və lentşəkilli formada olur.
Qurdlar həm də ölçüləri və ayrı-ayrı əlamətləri sayəsində həmcinslərindən seçilir.
Ən xırda qurdlar adi gözlə görünməklə yanaşı, bəziləri nəhəng ölçülərə (8-10 m)
malikdir. Qurdların əksəriyyəti yumurta qoymaqla çoxalır. Lakin içərisində diri
doğanlar, yəni süfrə doğmaqla çoxalanları da vardır. Qurdlar
həm də nəsilvericilik
qabiliyyətinə görə ciddi təhlükə doğurur. Nümunə üçün göstərmək olar ki, ayrı-
ayrı buğumlardan (600-800) ibarət olan lentvarı qurdlar gün ərzində 500
mindən
artıq yumurta qoyur.
Dostları ilə paylaş: