Амин Бабайев, Вцгар Бабайев


Heyvanların bəslənməsi, daşınma və kəsim



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə38/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   431
Şəkil 6. Kənd təsərrüfatı istehsalının yaranması və inkişafı nəticəsində insan və 
biosfer arasında nisbətin dəyişməsi: a - ovçuluq və meyvə və s. yığma dövrü;  
b - aqrokultur dövrü (Braun, 1972)
Karbon-4 
oksid
Karbon-4 
oksid 


 
31
Maksimum məhsul  əldə etmək üçün kənd təsərrüfatı ekosistemləri inkişaf 
etdikcə Yer üzərində  təbiətə  təsirlər daim artır.  Əmək alətlərinin təkmilləşdiril-
məsi, çoxlu miqdarda qida maddələri tələb edən yüksək məhsuldar bitkilərin və 
sortların tətbiqi təbii proseslərin kəskin pozulmasına səbəb olur. Əsaslandırılma-
mış  əkinçilik üsulları  və  əkinçilik sistemi səhralaşmaya yol açır: torpaqdan 
səmərəsiz istifadə olunması, torpağın mühafizə texnologiyasına riayət edilməməsi 
nəticəsində torpaq eroziyası və münbitliyin itirilməsi; suvarılan ərazilərin  şorlaş-
ması və bataqlıqlaşması; torpağın üst horizontlarının hədsiz bərkiməsi sayəsində 
strukturunun dəyişməsi; uzun müddət yalnız bir bitki növünün becərilməsi nəticə-
sində təbii landşaftların bioloji müxtəlifliyinin aşağı düşməsi; suvarma məqsədilə 
sudan intensiv istifadə olunması ilə  əlaqədar sutoplayan horizontlarda suyun 
azalması (tükənməsi) sayəsində yeraltı suların defısitliyinin artması; kənd təsər-
rüfatı sahələrindən daxil olan pestisid qalıqları və nitratlarla səth və yeraltı suların 
çirklənməsi; kənd təsərrüfatı  fəaliyyəti ilə  məskənlərinin və yaşayış yerlərinin 
dağılması nəticəsində vəhşi heyvanların məhv olması və s. 
Son onilliklərdə bir çox hallarda ekoloji məhdudlaşmaya yüksək səviyyədə 
diqqət yetirilir. Vacib problemləri həll edərkən təbii və fasiləsiz proseslərə yol 
verilən müdaxilənin həddini nəzərə almaq lazımdır. 
Aqroekosistemin süni vasitələrlə «doldurulmasının» uğurlu olmasını forma-
laşdırmaq meyli onun təbii potensialının tükənməsini pərdələmək deməkdir. 
Məsələn, mineral gübrələr müxtəlif bitkilərin davamlı istehsalının təmin 
edilməsində uzunmüddətli vasitə ola bilməz, belə ki, ondan geniş istifadə edilməsi 
mühüm torpaq ehtiyatının istifadəsini intensivləşdirərək, bununla da torpağın təbii 
münbitliyinin aşağı düşməsinə  səbəb olur. Humusun miqdarının xeyli azalması 
bunu təsdiq edir. 
XX  əsrin ikinci yarısının xarakterik xüsusiyyəti olan «yaşıl inqilab» 
nəticəsində  yüksək məhsuldar taxıl sortlarının tətbiqi, mineral gübrələrin yüksək 
dozada istifadəsi, iqtisadi cəhətdən bitki mühafızəsi vasitələrindən (lakin ekoloji 
baxımdan təhlükəli) istifadəsi hesabına kənd təsərrüfatı istehsalı sahəsində bioloji 
məhsuldarlığın (məhsulun) xeyli artması idi. Nəticədə 1950-1970-ci illərdə  əsas 
qida məhsulu sayılan taxıl hasilatı  əhəmiyyətli dərəcədə çoxaldı. Lakin 1980-ci 
ilin əvvəlindən başlayaraq bu artım göstəricisi dayandı. Bu, təbiətdən istifadənin 
energetik (enerji) effektliyinin azalması qanununun təsirinin  əks olunmasıdır 
(Reymers, 1990). 1970-1990-cı illərdə  kənd təsərrüfatının effektivliyini xarakte-
rizə edərək, alimlər belə nəticəyə gəlmişlər ki, sərf olunan iqtisadiyyat şəraitində 
əlavə qoyulan enerji nəinki çəkilən xərci ödədi (qaytardı), hətta «mənfi enerjiyə» 
keçərək torpağın və yem sahələrinin dağılmasına gətirib çıxardı. 
Son vaxtlar istehsal olunan məhsulun keyfıyyəti xüsusi əhəmiyyət daşıyır. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin