Амин Бабайев, Вцгар Бабайев


Ekoloji  istehsalin  prinsipləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə392/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   388   389   390   391   392   393   394   395   ...   431
 
Ekoloji  istehsalin  prinsipləri  
 
A. Bitkilər və bitki  məhsulları 
  
1. Bu Əlavə-də qeyd olunan prinsiplər torpaq sahələrində, təsərrüfat və  təsərrüfat 
birliklərində keçid dövrü zamanı, bu standartın paraqraf 1.1.(a)-da  qeyd olunduğu kimi 
səpindən ən azı 2 il əvvəl olmaqla və ya əgər çoxillik bitkidirsə, məhsul yığımından ən 
azı 3 il əvvəl tətbiq edilməlidir.  
GABA-nın sertifikatlaşdırma qurumları  bəzi hallarda (belə ki, iki il və daha artıq 
istifadəsiz qaldıqla) əvvəlki torpaqdan istifadə fəaliyyətinə müvafiq olaraq bu müddəti 
uzada və ya azalda bilər, ancaq bu müddət 12 aya bərabər və ya ondan çox olmalıdır.   
2. Keçid dövrünün müddətindən asılı olaraq o istehsal vahidi  6.2.-də  tələb olunduğu 
kimi istehsal  müddətində bir dəfə başlaya bilər, və bu  standartın Bölmə 4.-nə müvafiq 
olaraq istehsal qaydalarını həyata  keçirir.    


 
317
3. Əgər bütün təsərrüfat eyni zamanda keçid dövrünü yaşamırsa, bu standarta müvafiq 
olaraq təsərrüfat sahəsinin müvafiq keçid dövrü keçən yerlərində bu standartlar tətbiq 
edilə bilər.    
Konvensional sistemdən  ekoloji  istehsala  keçid  o vaxt  effektli olar ki, bu keçid 
müddətində standartlara müvafiq olaraq icazə verilən üsullardan istifadə edilsin. Əgər 
bütün təsərrüfat eyni zamanda keçid dövrünü yaşamırsa, o zaman  ərazi Əlavə 3, hissə 
A, paraqraf 3 və 11-də olduğu kimi hissələrə bölünməlidir.   
4. Keçid dövründə olan ərazilər və ya artıq  ekoloji istehsala keçid dövrünü başa 
çatdırmış ərazilər konvensional və ekoloji istehsala keçməklə növbələşdirilə (geriyə və 
irəli) bilməz.   
5. Torpağın münbitliyi və bioloji aktivliyi  aşağıda qeyd olunan müvafiq vasitələrlə 
artırılmalıdır:   
a) Paxlalıların, yaşıl gübrələrin və ya dərin köklü bitkilərin becərilməsi müvafiq çoxillik 
növbəli əkin proqramıdır;  
b) torpaq kompostlaşdırılmış və ya kompostlanmamış üzvi maddələrlə qarışdırılmalıdır, 
burada istehsal standartlara müvafiq aparılmalıdır. Heyvandarlıq təsərrüfatları qalıqları, 
məsələn, təsərrüfatyanı peyin, əgər heyvanlar bu standartların tələblərinə müvafiq 
bəsləniblərsə, istifadə oluna bilər;  
Əlavə 2, Cədvəl 1.-də göstərilən maddələr o səviyyəyə qədər istifadə oluna bilər ki, bu 
səviyyə məhsulun qidalılıq səviyyəsinə müvafiq olsun və yaxud torpaq şəraiti   yuxarıda 
göstərilən 5(a) və  (b)-yə uyğun olaraq becərilə bilməsin və ya  peyini ekoloji 
təsərrüfatlardan əldə etmək mümkün olmasın.  
c) kompostlaşmanı  fəallaşdırmaq üçün müvafiq mikroorqanizmlər və ya bitki əsaslı 
preparatlar istifadə edilə bilər;  
d) daş unu kimi biodinamik preparatlardan, təsərrüfatyanı peyin və ya bitkilər paraqraf 
5-də qeyd olunan məqsədlər üçün istifadə oluna bilər.    
6. Zərərvericilər, xəstəliklər və alaqlar aşağıda qeyd olunan tədbirlərin  hər hansı biri ilə 
nəzarət edilə bilər:  
− müvafiq növlərin və cinslərin seçilməsi
− müvafiq növbəli əkin proqramı; 
− mexaniki becərmə; 
− zərərvericilərin təbii düşmənlərinə müvafiq yaşam şəraiti qurmaq vasitəsilə, məsələn 
çəpər çəkməklə, yuvalar qurmaqla, ekoloji bufer zonalar yaratmaqla qorumaq;  
− müxtəlif, rəngarəng ekosistemlər. Bunlar coğrafi  ərazilərdən fərqlənəcək. Məsələn, 
bufer zonalar eroziyalara, aqromeşəçiliyə, məhsul dövranına təsir göstərir və s.   
− alaqlara qarşı alovla mübarizə
− təbii düşmənlərin, həmçinin yırtıcıların və parazitlərin  buraxılması; 
− Daş unundan, təsərrüfatyanı peyindən və ya bitkilərdən  hazırlanan biodinamik 
preparatlar; 
− mulçalama və ya  otun biçilməsi; 
− heyvanların otarılması; 
− tələlər, maneələr, işıq və səs kimi müxaniki nəzarət üsulları; 
− əgər müvafiq  növbəli əkin vasitəsilə torpağın bərpa edilməsi aparıla bilmirsə, buxarla 
sterilizə etmək.  
7. Yalnız məhsulun gözlənilən ciddi təhlükə anında, 6-cı (yuxarıda) bənddə qeyd olunan 
tədbirlər səmərə verməzsə  və effektiv sayılmazsa  Əlavə 2-də göstərilən tədbirlərin 
həyata keçirilməsi məqsədəuyğundur.    


 
318
8. Bu standartın  Bölmə 4.1.-də göstərilən müdəalarına müvafiq olaraq toxumlar və 
vegetativ reproduktiv materiallar üçün heç olmazsa bir nəsil, çoxillik məhsullar üçün iki 
becərmə fəsli lazımdır.   
Əgər operator (sahibkar) GABA-ya sübut edə bilsə ki, yuxarıda qeyd olunan 
tələblərə cavab verən materiallar  əldə edilə bilən deyil, sertifikatlaşdırma qurumu razı 
ola bilər:  
a) ilk mərhələdə dərmanlanmamış toxumdan və reproduktiv materialdan  istifadə; 
b)  əgər (a) variantını  əldə etmək mümkün deyilsə,  Əlavə 2-də göstərilən  maddələrlə 
işlənmiş toxumlardan və reproduktiv materiallardan istifadə.   
GABA proqramı üzrə sertifikatlaşdırma qurumları yuxarıda 8-ci bölmədə 
göstərilən tətbiqetmə limitini təyin edən  kriteriyaları  müəyyənləşdirə bilər.  
9.Yeməli bitkilərin və onların hissələrinin toplanması, həmçinin təbii  ərazidə, 
meşələrdə, kənd təsərrüfatı  ərazilərində    təbii surətdə yetişən məhsulların toplanışı 
aşağıdakı şərtlər daxilində ekoloji istehsal kimi qəbul edilir:  
-  məhsul aydın şəkildə müəyyən edilmiş, bu standartın Bölmə 6-da qeyd olunan  
yoxlamadan/sertifikatlaşmadan keçmiş yığım ərazisindən toplanmışdır;  
-  bu  ərazilərdə  yığımdan  əvvəlki 3 il müddətində  Əlavə 2-də  qeyd olunan 
maddə və məhsullardan başqa digər maddələrdən istifadəyə yol verilməyib; 
-  yığım təbii ətraf mühütin sabitliyinə, yığım ərazisində olan növlərin qorunub 
saxlanmasına  xələl gətirməməlidir;  
-  məhsullar yığımı  əməliyyatına nəzarət edən və  yığım  ərazisinə yaxşı  bələd 
olan müştərilərdən alındıqda; 
-  vəhşi növlərin toplanmasına icazə  səlahiyyətli qurumlar və ya şəxslər 
tərəfindən verilməlidir, cavabdeh səlahiyyətli  şəxs ayrıca hər bir növ üçün 
yığım qaydaları işləyib hazırlamalıdır; 
-  ekoloji yabanı  yığım davamlı olmalıdır və  ətraf mühiti dağıtmamalıdır. O, 
çirklənməmiş təmiz ərazilərdə aparılmalıdır. Həmçinin o, yaxşı sənədləşdiril-
məlidir ki, lazım gəlsə, yığım ərazisinə qədər geriyə yoxlana bilsin. 
-  hansısa növün həddən çox yığımına yol verilməməlidir.  
-  Qırmızı siyahıda olan hədsiz toplanan məhsulların toplanmasına yol 
verilməməlidir.  
-  bitkilərə vurulan ziyan minimuma endirilməlidir.  
-  yığım digər orqanizmlərin yaşam tərzinə  və qidalanmasına zərər 
vurmamalıdır.  
-  yığımı aparan şəxslər özlərindən sonra zibil qoymamalıdır, yanğına səbəb 
olmamalıdır, qeyri-leqal ovçuluq etməməlidir və s.  
-  yığımı aparan şəxslər yaxşı hazırlanmalı və məlumatlanmalıdır. 
-  yığım böyük şəhərlərə yaxın ərazilərdə, sənaye mərkəzlərində, nüvə  istehsalı 
ərazilərinə yaxın yerlərdə və yola yaxın yerlərdə  aparılmamalıdır  
-  cavabdeh şirkət və ya şəxs ekoloji idarəetmə planını təqdim etməlidir.  
-  yığım rayonunun ( yaxşı olardı ki, 1 : 50.000 nisbətində  və ya  1 : 250.000 
nisbətindən az olmayaraq) detallı şəkildə xəritəsi təqdim olunmalıdır.  
-  alınma, saxlanma, daşınma və  satış  nəticələrinin (miqdarla) qeydiyyatı bütün 
səviyyələrdə saxlanmalıdır.  
-  operatorlar (müştərilər) davamlılığa heç olmazsa yerli yığım səviyyəsində 
cəhd etməlidir.  


 
319
-  bütün saxlanılan, daşınan və satılan məhsullar adekvat olaraq etiketlənməlidir 
və bu etiketlənmədə məhsul haqqında, onun kəmiyyəti, mənbəyi, qablaşdırma 
tarixi, ekoloji şəraiti və sertifikatlaşdıran qurumun adı göstərilməlidir.   
-  məhsuldan istifadə müddətində (daşınma, qurudulma, dondurma, saxlanma, və 
s.) hər hansı bir çirkləndirici, istifadəsinə icazə verilməyən maddə ilə kontakta 
yol verməməli.   
-  mümküm çirkləndiricilər - yuyucu  vasitələr, dezinfektantlar, rodentisidlər, 
fumigantlar, ağacları mühafizə vasitələri və s.
 
-  məhsul dövründə  və  məhsul yığımından sonra olan bütün dövrlərdə adekvat 
sanitar şərtlərə əməl olunmalıdır.   

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin