6. İnspeksiya və sertifikatlaşdirma sistemləri 6.1. İnspeksiya və sertifikatlaşdırma sistemləri ekoloji yolla istehsal edilmiş ərzağın
etiketlənməsini və onlar üçün qoyulan tələblərin yerinə yetirilməsini yoxlamaq üçün
tətbiq olunur.
6.2. İnspeksiya və sertifikatlaşdırma sistemləri tədbirlərin tətbiqini və Əlavə 3.-də qeyd
olunan digər ehtiyat tədbirlərini tətbiqini əhatə edir.
6.3. Yoxlama və sertifikatlaşdırma funksiyaları eyni sertifikatlaşdırma qurumu tərəfin-
dən həyata keçirildiyi üçün yoxlama və sertifikatlaşdırma fəaliyyətlərinin ayrılıqda
izahı mövcuddur.
6.4 GABA-da aşağıdakı məcburi kriteriyalar tətbiq edilir:
a) standart ümumi inspeksiya/sertifikatlaşdırma prosedurlarına əməl olunur, inspeksiya
tədbirlərinin detallı şəkildə təsviri və təhlükəsizlik tədbirləri də bura daxildir, hansı ki,
qurumlar yoxlanışa məruz qalan sahibkarın boynuna qoymağa təşəbbüs edir;
b)qeyri-müntəzəmlik və pozuntular aşkar edilən hallarda cərimələr təyin edilir;
c) heyət ixtisaslıdır, administrativ və texniki avadanlıq, yoxlama təcrübəsi və etibar
mövcuddur;
d) qurumun yoxlamaya məruz qalan işçi ilə üzbəüz obyektivliyi nəzərə alınmalıdır;
e) məxfilik prinsipi tətbiq olunur.