B. Heyvandarlıq və heyvandarlıq məhsulları 1. Ekoloji heyvandarlıq ekoloji təsərrüfatda əsas inteqral hissə olmalı, inkişaf etdirilməli
və bu standartlara müvafiq aparılmalıdır.
2. Heyvandarlıq ekoloji təsərrüfatçılıq sisteminə aşağıdakı vasitələrlə dəstək ola bilər:
a) torpağın məhsuldarlığını saxlamaq və inkişaf etdirməklə;
b) otarılma vasitəsilə floranı-bitki mühitini idarə etməklə;
c) biomüxtəlifliyi artırmaq və təsərrüfatda əlavə birgəəlaqəni asanlaşdırmaqla;
d) təsərrüfat sisteminin biomüxtəlifliyini inkişaf etdirmək yolu ilə.
3. Heyvandarlıq istehsalı birbaşa torpaqla bağlı fəaliyyətdir. Otyeyən heyvanların örüşə
çıxış imkanları və bütün digər heyvanların açıq havada gəziş imkanları olmalıdır;
GABA sertifikatlaşdırma qurumları ancaq heyvanların fizioloji durumları, hava
şəraiti, torpağın şəraiti və ya bəzi ənənəvi təsərrüfatçılıq sistemlərinin strukturu
örüşlərə girişi qadağan edir və bu yolla heyvanların xoş rifahına təminat verir.
4. Mal-qara üçün norma rayonlarda yem istehsalı imkanlarına, heyvanların
sağlamlığına, qida balansına və ətraf mühitin təsirinə müvafiq olaraq tərtib olunmalıdır.