Qeydiyyatların aparılması və identifikasiya 52. Əlavə 3-də paraqraf 7-15-də göstərildiyi kimi, sahibkar gündəlik görülən işlərin
qeydiyyatını aparmalıdır.
Arıçılıq və arı məhsulları Əsas prinsiplər
53. Arıçılıq - arıların tozlandırma fəaliyyətləri nəticəsində ətraf mühitin, kənd
təsərrüfatının və meşəçiliyin zənginləşməsinə səbəb olan vacib fəaliyyət növüdür.
54. Arı pətəkləri ilə davranma və istifadəetmə ekoloji təsərrüfatçılıq prinsiplərinə
müvafiq olmalıdır.
55. Toplam əraziləri kifayət qədər geniş olmalıdır ki, lazımi qədər müvafiq qida
maddələri və su toplana bilsin.
56. Təbii nektarların, bal şirələrinin (ağacların üzərində) və çiçək tozunun mənbələri
ekoloji istehsal olunmuş bitkilər və ya yabanı bitkilər olmalıdır.
57. Arıların sağlamlığı növlərin seçilməsi, yararlı və zəngin ətraf mühit,
balanslaşdırılmış dieta və müvafiq heyvandarlıq praktikasına əsaslanmalıdır.
58. Arı pətəkləri, əsasən, ətraf mühit və yaxud arı məhsullarını çirklənmə təhlükəsində
qoymayan təbii materiallardan olmalıdır.
59. Əgər arılar yabanı ərazilərdə yerləşdirilirsə, yerli həşəratların populyasiyası nəzərə
alınmalıdır.