Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə410/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   406   407   408   409   410   411   412   413   ...   431
Arıların mənşəyi  
68. Arı ailəsi ekoloji istehsala keçə bilər. Təqdim olunan arılar mümkün qədər ekoloji 
istehsal vahidlərindən gətirilə bilər.   
69. Cinslərin seçimində onların yerli şəraitə adaptasiya olunma bacarıqları, uzun 
ömürlülükləri və xəstəliklərə davamlılıqları da  nəzərə alınmalıdır.  
 
Arıların sağlamlıqları   
70. Arı  ailəsinin sağlamlığı  yaxşı kənd təsərrüfatı praktikası,  düzgün cins seçimi ilə 
xəstəliklərin qarşısını almaqla və  pətəklərlə düzgün davranma ilə  qorunub saxlanıla 
bilər. Buraya daxildir:  
a) yerli şəraitə yaxşı uyğunlaşan və soyuğa, şaxtayadavamlı cinslər; 
b) əgər lazım gələrsə, ana arıları təzələmək; 
c) avadanlıqların müntəzəm təmizlənməsi və dezinfeksiyası; 
d) müntəzəm olaraq arı mumlarını təzələmək; 
e) pətəklərdə kifayət qədər tozcuğun və balın olması; 
f) pətəklərdə olan anomal halları ortaya çıxarmaq üçün sistematik yoxlamalar
g) pətəklərdə erkək arılara müntəzəm nəzarət; 
h) əgər lazım gələrsə, xəstə pətəkləri təcrid edilmiş ərazilərə aparmalı;  
i) yoluxmuş və çirklənmiş pətəkləri və materialları məhv etmək. 
71. Zərərvericilər və xəstəliklər üçün aşağıdakılara icazə verilir :  
− süd turşusu, oksalat turşusu, asetat turşusu;  
− qarışqa turşusu; 
− kükürd; 
− təbii efir yağları  (məs., mentol, evkalipt,  kamfora); 
 − Basillus  thuringiensis (çöpşəkilli bakteriya); 
 − buxar və ya birbaşa alov. 
72.  Əgər profilaktik tədbirlər nəticə verməzsə, o zaman  baytarlıq müalicə vasitələri 
aşağıdakı şərtlər daxilində istifadə edilə bilər:  
a) fitoterapevtik (bitki məhsulları ilə müalicə) və homeopatik müalicə metodlarına 
üstünlük verilir;  


 
334
b) əgər allopatik kimyəvi sintez edilmiş tibbi dərmanlardan istifadə edilirsə, o zaman arı 
məhsulları ekoloji kimi satıla bilməz. Dərmanlanmış  pətəklər təcrid edilmiş halda 
saxlanmalı və onlar üçün birillik keçid dövrü müəyyən edilməlidir.  
Bütün  mumlar bu standarta müvafiq olan mumlarla əvəz edilməlidir;   
c) hər bir baytarlıq müalicəsi aydın şəkildə sənədləşdirilməlidir.   
 
73. Erkək arıların məhv edilməsi praktikasına ancaq Varroa jacobsoni  ilə yoluxma 
halında icazə verilir.   
 
İdarəetmə  
 
74. Arı pətəklərinin əsası ekoloji istehsal olunmuş mumdan qoyulmalıdır.   
75. Pətəklərdə arıların məhsul toplamaq məqsədilə  pərən-pərən salınıb, dağıdılması 
qadağandır.   
76. Şikəstetmə, məsələn, ana arıların qanadlarının kəsilməsi qadağandır.   
77. Kimyəvi sintetik repellentlərin istifadəsi bal məhsulu alındığı ərəfədə  qadağandır.   
78. Tüstüdən istifadə minimum səviyyədə olmalıdır. Qəbul edilmiş tüstüverici 
materiallar ya təbii olmalıdır, ya da bu standartın tələblərinə cavab verən materiallardan 
olmalıdır.   
79. Arıçılıq məhsullarının emalı  və ya bal kəsimi müddətində  hərarəti mümkün qədər 
aşağı səviyyədə saxlamaq məsləhət görülür.  
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   406   407   408   409   410   411   412   413   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin