Амин Бабайев, Вцгар Бабайев


Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə44/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   431
1.4.3. Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası 
 
Məlumdur ki, yer atmosferinin yuxarı qatının 1 sm
2
-nə  hər dəqiqə 2 kalori 
Günəş enerjisi düşür, bu, günəş sabiti və ya konstantı adlanır.  İşıq enerjisinin 
bitkilər tərəfındən istifadə olunması nisbətən çox deyildir. Günəş spektrinin yalnız 
FAR (dalğasının uzunluğu 380-710 mm, günəş radiasiyasının 21- 46%-ni təşkil 
edən  fotosintetik aktiv radiasiya) adlanan kiçik hissəsi fotosintez prosesində 


 
37
iştirak edir. Təbii və aqroekosistemlər fəaliyyət xüsusiyyətlərinə görə  aşağıdakı 
fərqli xüsusiyyətlərə malikdir: 
1. Müxtəlif istiqamətli seçmə.  Təbii ekosistemlər üçün təbii seçmə xarak-
terikdir, bu, onların əsaslı xassəsi – davamlılığa yönəldir, qruplaşanın davamsız, 
həyata qabil olmayan orqanizm formalarını sıradan çıxarır. 
Aqroekosistemlər insan tərəfındən yaradılır və saxlanılır. Burada seçmənin 
başlıca istiqaməti süni üsul olub, məqsəd kənd təsərrüfatı bitkilərinin məhsul-
darlığını yüksəltməkdir. 
İnsan tərəfindən mədəniləşdirilmiş bitki və heyvan növləri süni seçmə hesa-
bına «təkamül» keçir və insanın köməyi olmadan onlar vəhşi növlərlə  rəqabətə 
girmək qabiliyyətinə malik deyildir. 
2. Təbii ekosistemlərdə  fıtosenozun ekoloji tərkibinin müxtəlifliyi ayrı-ayrı 
illərdə hava şəraitinin tərəddüdü zamanı onun davamlığını  təmin edir. Bir neçə 
bitki növünün məhv olması digər növlərin məhsuldarlığının yüksəlməsinə  şərait 
yaradır. Bunun nəticəsində ayrı-ayrı illərdə ekosistemdə  fıtosenoz bütövlüklə 
məhsulun müəyyən səviyyədə saxlanma qabiliyyətinə malik olur. Tarla bitkilə-
rinin aqrosenozu isə monodominant, çox vaxt isə eyniçeşidli qruplaşma kimi 
təzahür edir. Əlverişsiz faktorların aqrosenozun bütün bitkilərinə  təsiri eyni cür 
olur.  Əsas bitkinin böyümə  və inkişafının sıxılması (zəifləməsi) digər bitkilərin 
sürətlə inkişafı ilə kompensasiya oluna bilməz. Bunun nəticəsində aqrosenozun 
məhsuldarlığının davamlılığı təbii ekosistemlərdən aşağıdır. 
3. Müxtəlif fenoloji ritmə malik bitkilərin növ tərkibinin müxtəlifliyinin 
mövcudluğu bütün vegetasiya dövründə fitosenoza tam (bütöv) sistem kimi 
fasiləsiz olaraq məhsulvermə prosesi həyata keçirməyə, istilik, rütubətlik və qida 
maddələri ehtiyatlarından tam və qənaətlə istifadə etməyə imkan yaradır. 
Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya 
mövsümündən qısa olur. Təbii fıtosenozlarda müxtəlif bioloji ritmlərə malik olan 
növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında maksimum biokütləyə çatır. 
Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və inkişaf mərhələlərinin 
ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır. 
Təbii ekosistemlərdə bitkilərin inkişafının müxtəlif vaxtlarda, aqrosenozlarda 
isə eyni vaxtda baş verməsi məhsulvermə prosesi ritminin müxtəlif olmasına 
gətirib çıxarır. 
4. Təbii və aqroekosistemlərin mühüm fərqi ekosistemlərin daxilində maddə-
lər mübadiləsinin kompensasiya (əvəzlənmə) olunma dərəcəsi hesab olunur. Təbii 
ekosistemlərdə maddələr dövranı (kimyəvi elementlər) qapalı tsikllə, yaxud 
kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə tsiklə daxil 
olması orta hesabla tsikldən xaric olan maddələrin miqdarına bərabər olur, bu 
səbəbdən də tsikl daxilində  hər bloka daxil olan maddə, təxminən oradan çıxan 
maddəyə bərabər olur. 
Antropogen təsir ekosistemdə maddələr dövranını pozur. Aqrosenozlarda 
maddələrin bir hissəsi ekosistemdən birdəfəlik götürülür. 
5. Təbii ekosistemlər «avtotənzimləyici» sistemdir, aqrosenozlar isə insan 
tərəfindən idarə olunur. Məqsədinə çatmaq üçün insan aqrosenozda təbii faktorla-
rın təsirini dəyişir və ya ona nəzarət edir, bitkinin böyümə və inkişafına, xüsusilə 


 
38
qida məhsulvermə komponentlərinə üstünlük verilir. Bununla əlaqədar əsas vəzifə 
minimal enerji və maddə  sərf etməklə  məhsuldarlığın yüksəlməsinə  şərait 
yaratmaq, torpağın münbitliyini artırmaqdır. Bu vəzifənin həlli aqrofitosenozlar 
tərəfındən təbii ehtiyatlardan daha tam istifadə etmək və aqrosenozlarda kimyəvi 
elementlərin kompensasiya olunan tskillərini yaratmaqdır. Ehtiyatlardan istifadə 
dolğunluğu sortun genetik xüsusiyyətləri, vegetasiyanın uzunluğu, birgə 
səpinlərdə komponentlərin müxtəlif cinsliliyi və s. ilə müəyyən olunur. Buna görə 
M.S.Sokolov və b. (1994) belə  nəticəyə  gəlir ki, aqrosistemlərin vəziyyətinə  ən 
ciddi nəzarət daha çox enerji sərfi tələb olunan qapalı sahədə yerinə yetirilə bilər. 
Bu qrupa yarımaçıq sistemlər aiddir, burada xarici mühitlə (istixana, heyvandarlıq 
kompleksi)  əlaqə olduqca məhdudlaşır, temperatur, radiasiya, mineral və üzvi 
maddələrin dövranı  tənzimlənir və yüksək dərəcədə  nəzarət olunur. Bu – 
idarəolunan aqroekosistemlərdir. Qalan digər aqroekosistemlər – açıq 
sistemlərdir.  İnsan tərəfindən effektiv nəzarət nə  qədər çox olarsa, onlar bir o 
qədər sadə olar. 
Yarımaçıq və açıq sistemlərdə insanın səyi orqanizmlərin böyüməsinə 
optimum  şəraiti təmin edir və onların tərkibinə ciddi bioloji nəzarət olunur. 
Buradan aşağıdakı praktiki məsələlər meydana gəlir: 
•  birincisi, mümkün qədər arzu olunmayan növlərin tam kənarlaşdırılması; 
•  ikincisi, yüksək potensial məhsuldarlığa malik olan genetik tiplərin 
seçilməsi; 
•  bütövlükdə qurumuş bitkilər və ölmüş  fıtofaqlarla birlikdə  əvvəl udulmuş 
enerjinin ölü üzvi maddələrin tərkibində saxlanılması.  
Ekoloji sistemlərin insanın təsiri ilə  əlaqədar dağılması  və ya çirklənməsi 
bilavasitə enerji axınının maddələrə daxil olmasının kəsilməsinə (dayanmasına), 
deməli, ekosistemin məhsuldarlığının aşağı düşməsinə  səbəb olur. Odur ki, 
bəşəriyyətin qarşısında duran ilkin vəzifə – aqroekosistemin məhsuldarlığının 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin