Ekoloji kənd təsərrüfatı hərəkatının beşiyi sayılan Avropada 1990-cı ildən
başlayaraq ekoloji təsərrüfatçılıq sürətlə inkişaf etməyə başladı. Avropa Birliyi
ölkələrində 5,8 milyon hektardan çox ərazi 140 min təsərrüfat tərəfindən ekoloji
üsulla idarə olunur. Bu, ümumi kənd təsərrüfatı ərazisinin 3,4%-ni təşkil edir.
Ekotəsərrüfatların sayı və ekoloji idarəetmə altında olan əraziyə görə lider
mövqeyi İtaliyaya məxsusdur. Avropa Birliyi ölkələrində ekoloji təsərrüfatçılıq
siyasi və hüquqi səviyyədə geniş dəstək tapmışdır. Hazırda Birliyə daxil olan
ölkələrdə Avropa Ekoloji Fəaliyyət Planı həyata keçirilir.