70
4.2.6. Avstraliya və Okeaniya ölkələrində ekoloji kənd təsərrüfatı
Bu böyük coğrafi əraziyə Fici,
Papua Yeni Qvineya,Tonqa, Vanuatu kimi
ölkələrlə yanaşı Avstraliya və Yeni Zelandiya daxildir. Burada cəmi 12,1
milyon
hektar ərazi və ya 2662 təsərrüfat ekoloji idarəetmə altındadır. Bunun böyük
hissəsi Avstraliyanın təbii otlaq ərazisi olduğu üçün ölçülərini
dəqiq göstəricilərlə
ifadə etmək hələlik mümkün deyil.
Avstraliyanın ekoloji kənd təsərrüfatının ən mühüm sahələri kimi taxılçılıq,
meyvə-tərəvəzçilik, ətlik və südlük heyvandarlıq (sürətlə inkişaf edən sektor),
xüsusilə yun və qoyun əti istehsalını qeyd etmək olar. Yeni Zelandiyanın ən
böyük və sürətlə inkişaf edən ekoloji sahəsi kivi və alma istehsalıdır. Avstraliya
və Okeaniya ölkələrində ekoloji təsərrüfatçılığın inkişafına
təkan verən əsas amil
Avropanın nəhəng ekoloji məhsullar bazarıdır. Eyni zamanda regionda ekoloji
təsərrüfatçılığın inkişafı güclü siyasi dəstəyə arxalanır.
Avstraliyada ekoloji və biodinamik məhsullar üçün milli standartlar 1992-ci
ildən bəri mövcuddur. Standartlar əsasən ixrac məhsullarına şamil edildiyindən
ölkədaxili proseslərdə o qədər də nəzərə alınmır.
Dostları ilə paylaş: