4.2.9. Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Ötən əsrin 60-cı illərindən güclənməkdə olan kənd təsərrüfatının intensivləş-
dirilməsi prosesi respublikamızda çox ağır ekoloji şəraitin yaranmasının əsas
səbəblərindən biridir. Digər sovet respublikalarında olduğu kimi Azərbaycanda da
torpaqların şorlaşması və hədsiz kipləşməsi, su və külək eroziyası, torpaqların,
atmosferin, su mənbələrinin çirklənməsi, biomüxtəlifliyin azalması kimi neqativ
hallar 80-ci illərdə öz kritik həddinə çatdı. Yaranmış təhlükəli vəziyyət təbiət-
şünaslıq, torpaqşünaslıq, biologiya, ekologiya və digər sahələrin alimlərini narahat
etməyə bilməzdi. Elmin bu sahələri üzrə alimlərin yaranmış vəziyyətə yüksək
həssaslığı və şüurlu münasibəti o illərdə başlıca məqsədi Azərbaycanın torpaq və
digər təbii ehtiyatlarının keyfiyyəti və vəziyyətinin qiymətləndirilməsi olmuş elmi
tədqiqatlarda öz əksini tapmışdı. Elmi tədqiqatların nəticələrinin nəşr olunması və
alimlərin narahatçılığı keçən əsrdə 80-ci illərin sonunda və 90-cı illərin əvvəlində
təmiz təbiət uğrunda «yaşıllar hərəkatı»nın birinci dalğasına gətirib çıxarmışdı və
bu hərəkat ictimai-siyasi xarakter daşıyırdı.
Sovet iqtisadiyyatının iflasa uğramasından sonra meydana çıxmış çətinliklər
və Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə bağlı yaranan problemlər bu
hərəkatın əhəmiyyətini ikinci plana keçirdi.
Ölkədə sönməkdə olan «yaşıllar hərəkatı»nın sonrakı dirçəlişi 1996-cı ilin
sonundan başlayaraq həyata keçirilən aqrar islahatlarla bağlı oldu. Torpaq islahat-
ları həyata keçirilən dövrdə respublikanın vahid torpaq fondundan (8,6 mln. ha)
2,1 mln. ha fərdi mülkiyyətə (24,4%), 2,7 mln. ha (31,4%) bələdiyyə mülkiyyətinə
verilmiş, 3,8 mln. ha isə yəni 44,2%-i dövlət mülkiyyətində saxlanılmışdır.
İslahatların başlanması dövründən bu günədək respublikada pay torpaqları
almış ailələrin sayı 873 min təşkil etmişdir (cəmi 3 mln. 340 min nəfər). Bir ailəyə
düşən torpaq payının ölçüsü ayrı-ayrı rayonların torpaq fondundan asılı olaraq
1,5-2,0 ha hüdudlarında tərəddüd edir.
Yeni iqtisadi sistemə keçid və müxtəlif hüquqi əsasda torpaq istifadəçiliyinin
formalaşması, xüsusilə də xırda və pərakəndə torpaq istifadəçiliyi formalarının
üstünlük təşkil etməsi sürətlə meydana çıxan problemlərlə (maliyyə mənbələrinin
və şəxsi vəsaitlərin hədsiz az olması, maddi-texniki bazanın aşağı səviyyəsi, daxili
və xarici bazarlara çıxış imkanlarının məhdudluğu, elektrik enerjisinin yüksək
qiyməti və onun ötürülməsində baş verən məhdudiyyətlər, fermerlər üçün
məsləhət-informasiya xidmətinin zəif təşkili, perspektiv sortların olmaması və
toxum fondunun qeyri-kafi vəziyyəti, yerli şəraitin tələblərinə cavab verən müasir
texnologiyaların olmaması, köhnə suvarma sistemlərinin sıradan çıxması və
72
suvarma suyunun çatışmaması, kənd təsərrüfatının müxtəlif sahələrinə dünya
standartlarına müvafiq xidmət göstərməli olan infrastrukturun olmaması və s.)
müşayiət olunurdu ki, bu «xoş» təsadüf də öz növbəsində respublikada ekoloji