Bu gün respublikada kənd təsərrüfatı məhsullarının ekoloji standartlara
uyğun emalı 3 iri müəssisədə həyata keçirilir (cəd.9). Bu müəssisələrlə yanaşı ev
şəraitində ekoloji məhsulların emalı ilə bir sıra ailə təsərrüfatları məşğuldur.
Onlar əsasən meyvələrin qurudulması (gavalı, ərik, əncir, alma, zoğal, xirnik və
digər yabanı bitkilərin meyvəsi), mürəbbə və cemlər, şorabalar, şirələr və
kompotların istehsalı ilə məşğuldur.
Azərbaycanda ekoloji təmiz məhsulların istehsalı ilə məşğul olan şirkətlər
C
ədvəl 11
Müəssisənin adı İnzibati ərazi İstehsal prioriteti Reyhan MMC
Qax rayonu
Yabanı bitkilərin meyvələri (itburnu,
yemişan, çaytikanı)
RDR şirkəti Gəncə
Şirələr və kompotlar (nar, heyva,
moruq, böyürtkən)
Süleyman KFT
Şəmkir rayonu
Narşərab, nar şirəsi, şorabalar,
mürəbbələr
Aparılmış tədqiqatlar göstərir ki, konvensional təsərrüfatlarla müqayisədə
ekotəsərrüfatların istehsalı daha rentabellidir və bu göstərici ilbəil yüksəlir. Bunun
səbəbləri sırasında istehlakçılar arasında ekoloji məhsullara tələbatın artması və
bu məhsulların bazarının genişlənməsini xüsusilə qeyd etmək olar. Vəziyyətin
belə inkişaf etməsi Azərbaycanda ekoloji kənd təsərrüfatının genişlənməsinə
stimullaşdırıcı təsir göstərir (Şəkil 14.):