79
Torpaq
və Xəritəçəkmə Komitəsi, ET Bitki Mühafizə İnstitutu (AzETBMİ),
Gəncə Ərazi Kənd Təsərrüfatı İdarəsi (GƏKTİ), «AqroMexanika ET İnstitutu,
Lənkəran Dövlət Universiteti (LDU) və s.), Qeyri-Hökumət və Biznes
təşkilatlarını (Aqrar İslahatların Elmi-Metodiki və Məsləhət-İnformasiya
Mərkəzi
(AİEMMİM), Aqrar İnformasiya Mərkəzi (AİM), Qax
Biznes-Resurs Mərkəzi
(QBRM), Zaqatala Biznes-Resurs Mərkəzi (ZBRM), Şəki Biznes-Resurs Mərkəzi
(ŞBRM), Göygöl Aqroməsləhət Mərkəzi (GAM), Samux Aqroməsləhət Mərkəzi
(SAM), Goranboy Aqroməsləhət Mərkəzi (GAM), «Amin Kredit İttifaqı» (AKİ),
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), «AZEKOSERT» sertifikatlaşdır-
ma orqanı, Gənc Liderlər Assosiasiyası (AYLA) və s.), iri fermer təsərrüfatlarını
və birliklərini
emal müəssisələrini, eləcə də müvafiq nazirliklərin və dövlət
idarəetmə orqanlarının nümayəndələrini birləşdirir.
Başlıca məqsəd Ekoloji Kənd Təsərrüfatı Hərəkatının
genişlənməsi vasitəsilə
bu prosesdə ictimai və vətəndaş məsuliyyətinin güclənməsinə nail olmaqdır. Bu
istiqamətdə fəaliyyətin tərkib hissələrinin əsasını Azərbaycanda ekoloji kənd
təsərrüfatının inkişafı strategiyasının işlənib hazırlanması və onun icrasının
təminatı, istehsalçıların maraqlarının qorunması və onlara
dövlət tərəfindən
dəstəyə nail olmaq təşkil edir (Şəkil 17).
Bu gün Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Hərəkatının genişlənməsinə
mane olan amilləri aşağıdakı qaydada qruplaşdırmaq olar:
• Milli proqramın olmaması;
• İxtisaslaşmış məsləhətçi və ekspertlərin çatışmaması;
• Ekofermerlərin istehsal və ictimai birliklərinin formalaşmasının
zəif tempi;
• Məsləhət xidmətlərinin milli koordinasiya sisteminin olmaması;
• Ekofermerlər üçün xüsusi məktəblərin, liseylərin,
kolleclərin və digər
maarifləndirici strukturların azsaylığı və zəif səviyyəsi;
• Milli və regional təhsil proqramlarına tələbatın təmin olunmaması;
• Ekotəsərrüfatçılığın müxtəlif istiqamətləri üzrə qabaqcıl
dünya təcrübəsini
nümayiş etdirən texnologiyaların olmaması;
• Daxili bazarın və ekoməhsulların marketinqi şəbəkəsinin zəif inkişafı;
• Ekofermerlərin məhsullarının sertifikatlaşdırılması ilə bağlı problemlər;
• Ekofermerçiliyin inkişafı üçün dövlət subsidiyalarının ayrılmaması.
Ümidvarıq ki, «Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Qanun» bu
problemlərin tezliklə həllinə zəmin yaradacaq.