Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 19. Qanunun qüvvəyə minməsi
19.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
19.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
1996-cı il 5 noyabr tarixli 189-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1997-ci il, № 3, maddə 228; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 11, maddə 698; 2004-cü il, № 4,
maddə 202) qüvvədən düşmüş hesab edilir.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 22 dekabr 2006-cı il