Dərman vasiTƏLƏRİ haqqinda azərbaycan respublikasinin qanunu



Yüklə 156,31 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix25.12.2016
ölçüsü156,31 Kb.
#3268
1   2   3   4   5
III fəsil 

Dərman vasitələri haqqında informasiyanın əldə edilməsi və yayımlanması

Maddə 15. Dərman vasitələri haqqında informasiya əldə etmək hüququ

Hər bir şəxs dərman vasitəsinin səmərəliliyi, onun əlavə təsirləri, müxtəlif dərman vasitələrinin birgə 

istifadəsi zamanı qarşılıqlı əlaqəsi, habelə təyin edilmiş dərman vasitəsindən istifadə olunması qaydası 

barədə ətraflı məlumat almaq hüququna malikdir. 

Maddə 16. Dərman vasitələri haqqında informasiyanın yayımlanması

16.1. Həkim resepti olmadan buraxılan dərman vasitələri haqqında informasiya kütləvi informasiya 

vasitələrində, ixtisaslaşdırılmış və ümumi nəşrlərdə, dərman vasitələrinin tətbiqi haqqında təlimatlarda 

yayımlana bilər.

16.2. Həkim resepti əsasında buraxılan dərman vasitələri və yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində 

tətbiq edilən tibb vasitələri haqqında informasiya tibb işçiləri və əczaçılar üçün nəzərdə tutulmuş 

ixtisaslaşdırılmış nəşrlərdə yayımlana bilər. Dərman vasitələri haqqında informasiya monoqrafiya, arayış-

sorğu kitabçaları, elmi məqalələr, konqreslərdə, konfranslarda, simpoziumlarda, elmi şuralarda və digər 

bu kimi toplantılarda məruzələr, həmçinin həkimlər üçün nəzərdə tutulmuş təlimatlar formasında təqdim 

oluna bilər.

16.3. Dərman vasitələrinin istehsalçıları tibb işçilərini dərman vasitələrinin bütün tətbiqi xassələri barədə 

tam məlumatla təmin etməyə borcludurlar. 

16.4. Azərbaycan Respublikasında dərman vasitələrinin reklamına yol verilmir. 


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin