Microsoft Word Ictimai sehiyyede monitorinq ve qiymetlendirme



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#3300
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
İndikatorların seçimi 

Aydındır ki, indikatorların seçimi həm monitorinqi həyata 

keçirən təşkilat üçün əlçatan olan məlumatların növündən, həm də 

mövcud resurs və imkanlar çərçivəsində hansı göstəriciləri izləyə 

bilməkdən asılıdır.  

Əgər dəqiq göstəricilər hələ  məlum deyilsə, belə indikatorların 

istifadə edilə biləcəyi məlumatların toplanması  və  təhlili üzrə 

mexanizmin hazırlanması mümkün olduğu halda onu monitorinq 

sisteminə daxil etmək olar. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, 

indikatorların seçimi aşağıdakı prinsiplərə uyğun olmalıdır: 

indikatorların seçimi məlumatların toplanmasına cavabdeh



şəxs üçün çətinliklər yaratmamalıdır;

indikatorlar mövcud məlumat mənbələrindən 



formalaşdırılmalıdır;

məlumatların mənbəyi ilə bağlı  hər hansı problem olduqda,



lazımi məlumat və ya mövcud məlumatlar dəqiq olmadıqda

mövcud resurslar gücləndirilməli və ya yeni müvafiq

məlumat mənbələri yaradılmalıdır;

indikatorlar qarşıya qoyulan məqsədlərə çatmanı ölçməli və



monitorinqin məntiqi sxemi çərçivəsində  əsas göstəricilərdə

dəyişiklikləri əks etdirməlidir;

indikatorlar sayıla bilən olmalı  və zamanla təkrar



dəyişiklikləri ölçməlidir. İndikatorlar ən azı qoyulan suala iki

bir-birini inkar edən cavab variantını əks etdirməlidir.

Monitorinq sistemi hazırlandıqda yuxarıda qeyd olunanlar nəzərə 

alınmaqla indikatorların seçimi mütləqdir. Ölçülməsi çətin olan

monitorinq proqramı  çərçivəsində  tədqiq olunan səhiyyə 

problemlərinə aid olmayan indikatorlar seçilməməlidir.  

Müvafiq indikatorların seçilməsi üzrə meyarlar məlum olduqdan 

sonra növbəti addım indikatorların müəyyən olunmasıdır.  

İndikatorları aşağıdakı qayda ilə müəyyən etmək olar:  

1. monitorinq edilən proqramın məqsədlərinə uyğun məhdud

indikator dəsti seçilməli;

2. hər bir indikator üçün uyğun məlumatların toplanması metodları

müəyyən edilməli;

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

 

18



3.

 

bütün indikatorlar üçün onların xüsusiyyətlərini, mənalarını, 



əhəmiyyətlərini (əks etdirdikləri göstəricilər ilə  nə  qədər uyğun 

olmalarını) və məlumatların toplanmasının asanlığını (lazım olan 

məlumat nə  qədər asan əldə oluna bilər)  əks etdirən cədvəl 

qurulmalı; 

4.

 

prioritetlər indikatorların  əhəmiyyəti və  məlumatların asan əldə 



olunması sırası ilə düzülməli; 

5.

 



seçilmiş indikatorlar gələcəkdə  məlumatların toplanmasını 

asanlaşdırmaq üçün mənbələrinə görə qruplaşdırılmalı; 

6.

 

məlumatların toplanması üsulu və bunun üçün lazım olan 



resurslar müəyyən edilməlidir.  

Ölçülən indikatorları seçən və formalaşdıran zaman onların 

miqdarı, keyfiyyəti, vaxt çərçivəsi və  vəzifələri nəzərə alınmalıdır. 

Keyfiyyət dedikdə, indikatorun dəqiq mənası  və ölçülən göstəricini 

dəqiq əks etdirməsi başa düşülür. Vaxt çərçivəsinə indikatorun ölçü 

tezliyi və əhatə etdiyi müddət daxildir.  

Aşağıda təqdim olunan cədvəldə uşaqların inkişafını əks etdirən 

indikator göstərilir və bu indikatorun hədəfi, tərifi, hesablama üsulu, 

məntiqi, göstəricilərin mənbəyi, ümumi səhvlər, lazım olan tədbirlər

eləcə də digər mümkün olan indikatorlar haqda məlumat verilir.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




19

Cədvəl 2. Uşaq sağlamlığı indikatorların nümunəsi 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin