Teqvim-2015. pdf


Əbdürrəhim bəy Haqverdiyev



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə157/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   153   154   155   156   157   158   159   160   ...   484
Əbdürrəhim bəy Haqverdiyev 
1870-1933 
  MA
Y
17
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 2 cilddə 
/Ə.Haqverdiyev.- Bakı: 
Lider, 2005.
“Molla Nəsrəddin” jur-
nalında səyahətnamələr 
/Ə.Haqverdiyev, S.Mümtaz, 
Q.Şərifov.- Bakı: Elm, 
2007.- 72 s.
Məmmədova, M. 
Əbdürrəhimbəy Haqverdi-
yev arxivinin izahlı təsviri 
/M.Məmmədova.- Bakı: Elm 
və təhsil, 2012.- 118 s.
Xəlilzadə, F. Zama-
nın pərdəsi çəkildikcə 
/F.Xəlilzadə //Kaspi.- 2011.- 
3-5 sentyabr.- S.19.
Məhərrəmova, T. Haqver-
diyevin gördüyü həqiqətlər 
/T.Məhərrəmova //Kaspi.- 
2011.- 17 may.- S.12.
Məmmədli, A. 
Azərbaycançılıq 
mollanəsrəddinçilərin fərdi 
yaradıcılıq kontekstində: 
Əbdürrəhim bəy Haqverdi-
yev /A.Məmmədli //525-ci 
qəzet.- 2013.- 16 may.- S.7. 
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org 
www.mia.az/news         
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haq-
verdiyev 1870-ci il may ayının 17-də 
Suşa  şəhəri yaxınlığında olan Ağbulaq 
kəndində doğulmuşdur. 1891-1899-cu 
illərdə Tiflis realnı məktəbini bitirdikdən 
sonra Peterburq Yol Mühəndisləri İnsti-
tutunda təhsil almışdır. Həmin illərdə 
azad müdavim sifətilə Peterburq Uni-
versitetinin Şərq fakültəsinin dinləyicisi 
olmuşdur. Bu mühit onda ədəbiyyata 
dərin maraq və məhəbbət oyatmış və ilk 
dramlarını (“Yeyəsən qaz ətini, görəsən 
ləzzətini” (1892), “Dağılan tifaq” 
(1886)) yazmışdır. 1899-cu ildə təhsilini 
bitirib Şuşaya qayıtmışdır. 1901-ci ildə 
Bakı  şəhərinə köçmüş, rejissorluq et-
miş, Ü.Hacıbəylinin “Leyli və Məcnun” 
operasının ilk tamaşasının dirijoru ol-
muşdur. 1902-1903-cü illərdə onun 
rəhbərliyi ilə Şərq konsertləri verilmiş-
dir. “Ata və oğul”, “Ayın şahidliyi”  adlı 
ilk hekayələrini “İki hekayət” adı ilə çap 
etdirmişdir. 1905-ci il inqilabından sonra 
Rusiya Dövlət Dumasına Gəncə quber-
niyasından nümayəndə seçilmiş, Peter-
burqa getmişdir. Orada dövlət kitabxa-
nasında yeni əsərinə (“Ağa Məhəmməd 
şah Qacar”) materiallar toplamış, 1907-
ci ildə  İrana-Mazandaran vilayətinə 
səfər etmişdir. “Nicat” cəmiyyətində 
işləmiş, bir çox dövlətlərə  səyahət 
etmişdir.  “Ceyranəli”, “Xortdan”, 
“Həkimi-nuni-səğir”, “Lağlağı”, “Mo-
zalan”, “Süpürgəsaqqal” və s. imzalarla 
“Molla Nəsrəddin” jurnalında hekayə, 
felyeton çap etdirmişdir. 1910-cu ildə 
Həştərxanda yaşamışdır. 1911-1915-ci 
illərdə  Ağdama köçmüş, 1916-1917-
ci illərdə Tiflisdə  “Şəhərlər ittifaqı-
nın Qafqaz şöbəsi xəbərləri” adlı aylıq 
məcmuənin müdiri olmuş, fevral inqila-
bından sonra Tiflis İcraiyyə Komitəsinə 
və onun mərkəzi  şurasına üzv seçil-
mişdir. 1918-ci ilin martında Borçalı 
qəzasına müvəkkil təyin olunmuşdur. 
Azərbaycanda Sovet hakimiyyəti qurul-
duqdan sonra dövlət teatrlarına müfəttiş 
təyin olunmuş, Azərbaycan Milli Teatrı-
nın yaranmasının 50 illiyi münasibətilə 
keçirilən yubileyə başçılıq etmişdir. 
ADU-da  ədəbiyyatdan mühazirələr 
oxumuşdur. 1922-ci ildə burada yerli 
komitənin sədri, Azərbaycanı Tədqiq və 
Tətəbbö Cəmiyyəti”nin sədr müavini, 
1923-1925-ci illərdə sədri olmuşdur. Ba-
kıda 1924-cü ildə çağırılan I Azərbaycan 
ölkəşünaslıq qurultayının nümayəndəsi 
kimi fəal çalışmışdır. O, Rusiya EA-nın 
nəzdində olan ölkəşünaslıq bürosunun 
V elmi sessiyasında yekdilliklə akade-
miyanın ölkəşünaslıq bürosuna müxbir 
üzv seçilmişdir. 1922-1925-ci illərdə 
Şərq fakültəsinin katibi olmuşdur. 
Rus və Qərbi Avropa ədəbiyyatından 
bir sıra qiymətli tərcümələr etmişdir. 
Onun  əsərləri xarici ölkə xalqlarının 
dillərinə tərcümə olunmuşdur.
Əbdürrəhim bəy Haqverdiyev 1933-
cü il dekabr ayının 11-də Bakıda vəfat 
etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin