Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə158/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   154   155   156   157   158   159   160   161   ...   484
145 
illiyi


126
Milli ədəbiyyat
MA
Y
19
Rəsul  İbrahim oğlu Rzayev (Rəsul 
Rza) 1910-cu il may ayının 19-da  Göy-
çay şəhərində anadan olmuşdur. 
İbtidai təhsilini Göyçayda I dərəcəli 
məktəbdə almışdır. Kiçik yaşlarından 
şeir yazır, mahnı qoşurdu. O, Göyçayın 
ictimai həyatında fəal iştirak etmiş, dram 
dərnəyi yaratmış, şəhərdə, kəndlərdə ta-
maşalar vermişdir. 
1924-cü ildə Göyçay şəhər kitabxa-
nasında müdir, 1925-ci ildə  həmkarlar 
klubunda gənclər bölməsinin müdiri 
işləmişdir. 
1926-1927-ci illərdə Tbilisidə Za-
qafqaziya Kommunist Universitetinin 
kooperasiya  şöbəsində  təhsil almışdır. 
Bu dövrdə ilk şeirini “Qığılcım” alma-
naxında çap etdirmişdir. “Dan ulduzu” 
jurnalında “Oğul qatili”, “Arvadbaz”, 
“Dilarə” hekayələri, “Yeni fikir” və 
“Zarya Vostoka” qəzetlərində bir neçə 
şeiri dərc olunmuşdur. 
1930-cu ildə Bakı  şəhərinə köçməsi 
onun yaradıcılığında dönüş yarat-
mış, “Gənc işçi” qəzeti redaksiya-
sında tərcüməçi kimi işə düzəlmiş, 
məqalə, oçerk və  şeirlərini müntəzəm 
dərc etdirməyə başlamışdır. Nizami 
Gəncəvinin “Xosrov və Şirin” poeması-
nı  tərcümə etmiş, 1983-cü ildə  nəşr et-
dirmişdir. 
1931-1933-cü illərdə Azərbaycan 
Elmi Tədqiqat İnstitutunun aspirantura-
sında, 1934-1937-ci illərdə Moskvada 
Kinematoqrafiya  İnstitutunda təhsilini 
davam etdirmişdir.
1934-cü ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü olmuşdur.
1937-1938-ci illərdə Bakı kinos-
tudiyasında Ssenari şöbəsinin rəisi, 
Azərbaycan Dövlət Filarmoniyasının 
müdiri (1938), 1938-1939-cu illərdə 
Azərbaycan Sovet Yazıçıları  İttifaqının 
sədri, 1942-1944-cü illərdə kinematoq-
rafiya idarəsində  rəis, 1946-1949-cu 
illərdə Azərbaycan SSR kinematoqra-
fiya naziri, Azərbaycan Sovet Ensiklo-
pediyasının baş redaksiyasının baş re-
daktoru, Ümumdünya Sülhü Müdafiə 
Komitəsi rəyasət heyətinin üzvü və res-
publika üzrə  sədri, SSRİ Yazıçılar  İtti-
faqı  rəyasət heyətinin üzvü, “Novosti” 
Mətbuat Agentliyinin Azərbaycan şöbəsi 
idarəsinin sədri, Azərbaycan Respubli-
kası Ali Sovetinin (VII çağırış) deputa-
tı, Azərbaycan KP təftiş komissiyasının 
üzvü seçilmiş, Lenin və SSRİ Dövlət 
mükafatları komitəsinin üzvü olmuşdur.
Xidmələri yüksək qiymələndirilmiş
1945-ci ildə “Azərbaycanın  Əməkdar 
incəsənət xadimi”, 1980-ci ildə “Sosia-
list Əməyi Qəhrəmanı” fəxri adlarına la-
yiq görülmüş, 1951-ci ildə SSRİ Dövlət 
mükafatı laureatı olmuşdur. 1960-cı ildə 
“Azərbaycanın Xalq şairi” fəxri adına və 
mükafatlara layiq görülmüş, 3 dəfə Le-
nin ordeni və medallarla təltif edilmiş-
dir.
  Rəsul Rza 1981-ci il aprel ayının 
1-də Bakıda vəfat etmiş, Fəxri Xiyaban-
da dəfn olunmuşdur. Bakı küçələrinin 
biri onun adını daşıyır. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin