133
MA
Y
Yaqub Məmmədov
1930-2002
Ə d ə b i y y a t
Mehdi, D. El xanəndəsi Ya-
qub Məmmədov /D.Mehdi.-
Bakı: Təbib, 1998.- 80 s.
Çəmənli, M. “Mənsuriyyə”
harayı /M.Çəmənli
//Çəmənli M. Sənət
hekayələri.- Bakı, 2014.-
S.315-325.
Qiymətli səs xəzinəsi:
Yaqub Məmmədov muğam
tariximizin şərəfli səhifəsini
yazıb //Şərq.- 2011.- 5
may.- S. 22.
Məhərrəmova, T. İfa-
sı tarixləşən xanəndə
/T.Məhərrəmova //Kaspi.-
2010.- 28 may.- S. 15.
Məmmədov, V. Ölməz
sənətkar /V.Məmmədov
//525-ci qəzet.- 2011.- 23
fevral.- S. 7.
Yusifli, V. Mənsuriyyə:
Ustad Xanəndə Ya-
qub Məmmədovu
xatırlayarkən... /V.Yusifli
//525-ci qəzet.- 2013.- 9
noyabr.- S.16; 29.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Yaqub
Məhəmməd oğlu Məmmədov
1930-cu il may ayının 5-də Ağcabədi
rayonunda anadan olmuşdur. Qarabağ
xanəndəlik məktəbinin XX əsrin II ya-
rısında yetişmiş orta nəslinin görkəmli
nümayəndəsi idi.
1956-cı ildə rayonda Bakıda
keçiriləcək Gənclərin Ümumrespublika
Festivalına ifaçı toplanarkən birinci Ya-
qubun adı qeyd olunur.
Beləliklə, o, Ba-
kıya festivala gəlir. Münsiflər heyətində
görkəmli sənətkarlar - Həqiqət Rzaye-
va, Xan Şuşinski, Əfrasiyab Bədəlbəyli
və başqaları yer almışdı. Gənc Yaqubun
səhnə görünüşü və ifası onları qane
edir. İfa hamının
xoşuna gəlir və Ya-
qub Məmmədov festivalın laureatı olur.
İlk müvəffəqiyyət gənc ifaçıya uğurlar
gətirir. Həmin festivaldan sonra ustad
tarzən Əhməd Bakıxanov onu radioya
gətirib öz ansamblı ilə bir neçə ifasını
lentə yazdırır.
Qarabağ torpağında boya-başa çat-
mış Yaqub Məmmədov professional
musiqi təhsilini Asəf Zeynallı adına
Azərbaycan
Dövlət Musiqi məktəbində
Seyid Şuşinskidən almışdır. Cabbar, Se-
yid, Xan, Zülfü məktəbinin ənənələrinə
sadiq qalan xanəndə öz oxu tərzi ilə
klassik muğam ifaçılığı üslubunu qo-
ruyub saxlayıb. Eyni zamanda Yaqub
Məmmədovun özünün ifa məziyyətləri,
dəst-xətti var idi. Klassik muğam ifa-
çılığı çərçivəsindən kənara çıxmayan
xanəndə məlahətli
səsi ilə muğama yeni
xallar, zəngulələr gətirmişdi. Onun yadi-
gar qalan lent yazıları muğam tariximi-
zin qiymətli səs yaddaşıdır. Azərbaycan
ifaçılıq sənətinin görkəmli simalarından
olan Yaqub Məmmədov sələflərinin yo-
lunu layiqincə davam etdirib. Görkəmli
xanəndə Seyid Şuşinskidən mu-
ğam dəsgahları, xanəndəlik sənətinin
sirlərini öyrənmiş,
həmçinin musiqi və
poeziya sahəsində dərin biliklər qazan-
mışdır. Yüksək ifaçılıq mədəniyyətinə
malik xanəndə gözəl səsi, təkraredilməz
oxuma tərzi ilə diqqəti cəlb etmişdir.
O, bütün muğam dəstgahlarının
gözəl bilicisi olmaqla yanaşı, həm də
Azərbaycan poeziyasını dərindən bi-
lirdi.
Yaqub Məmmədov uzun illər
Azərbaycan Dövlət Filarmoniyasında
solist olmuş, konsertlərdə çıxış etmiş-
dir. Onun ifasında qrammafon vallarına
yazılmış muğam dəstgahları bütün Ya-
xın və Orta Şərqdə yayılmışdır.
Ustad xanəndə kimi püxtələşmiş
Yaqub Məmmədov sənətdə öz
ənənələrini yaratmışdır. Öz dövrünün
bir çox xanəndələri, eyni zamanda,
yeni gələn nəsil onun yaradıcılığından
bəhrələnmişlər.
Xanəndənin
fəaliyyəti dövlət
tərəfindən qiymətləndirilmiş, ona 1991-
ci ildə “Azərbaycan Respublikası-
nın Xalq artisti” fəxri adı verilmişdir.
Müxtəlif fəxri fərmanlarla təltif edilmiş,
ulu öndər Heydər Əliyevin sərəncamı
ilə Prezident təqaüdçüsü olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 dekabr 2001-ci il tarixli
Sərəncamı ilə “Şöhrət” ordeninə layiq
görülmüşdür.
Yaqub Məmmədov 2002-ci il iyul
ayının 7-də vəfat etmişdir.
Dostları ilə paylaş: