130
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
MA
Y
Əzim Aslan oğlu Əzimzadə 1880-ci
il may ayının 7-də Novxanı kəndində
anadan olmuşdur.
Ailənin yeganə övladı olan Əzim
1887-ci
ildə molla məktəbinə daxil
olub. 1895-1899-cu illərdə rus-tatar
məktəbində təhsil almışdır.
Yaradıcılığı boyu əsrlərdən bəri for-
malaşan Təbriz Azərbaycan miniatür
məktəbinin və rus rəssamlıq məktəbinin
ənənələrindən bəhrələnmişdir.
Rəssamlığa məşhur “Molla
Nəsrəddin” jurnalında
öz əsərlərini dərc
etdirməklə başlamışdır.
1906-cı ildən “Molla Nəsrəddin”, “Ba-
raban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət”
və sair jurnalların səhifələrində satirik
qrafik karikaturalarını nəşr etdirməklə
Azərbaycan satirik qrafikasının əsasını
qoymuşdur.
Əzimzadənin əsərlərinin əsas möv-
zusunu sosial təzadlar, adətlər və xal-
qın məişəti təşkil edirdi.
Cəmiyyətin
müxtəlif təbəqələrinin mənfi ünsürləri
- xəsis tacirlər, fırıldaqçı din xadimləri,
şarlatanlar onun satirik qələminin
hədəfində olurdular.
O, öz əsərlərində mənfi surətləri gah
kəsərli yumor, gah yumşaq kinayə ilə
kəskin satira atəşinə tuturdu.
Çəkdiyi
“İt boğuşdurma”, “Kişi arvadını döyür”,
“Varlı evində toy”, “Su üstündə dava”,
“Köhnə bakılılar” kimi əsərlərində
müxtəlif sosial təbəqələrə məxsus
tiplərin iç üzünü açaraq qadın hüquq-
suzluğuna, ədalətsizliyə qarşı çıxış edir-
di. Bu mənada,
o dövrdə cəmiyyətdəki
sosial ədalətsizlikləri özündə daha qaba-
rıq əks etdirən “Köhnə Bakı tipləri” və
“100 tip” əsəri xüsusilə təqdirəlayiqdir.
Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin
“Hophopnamə”sinə çəkdiyi illüstrasiya-
larla kitab qrafikası sənətinin də əsasını
qoymuşdur.
Onun teatrlara çəkdiyi geyim
eskizləri və dekorasiyalar Azərbaycan
rəssamlığının bu sahədəki inkişafına
xüsusi təkan vermişdir.
Əsərləri dünyanın bir sıra muzeylə-
rində nümayiş etdirilən rəssamın ilk
fərdi sərgisi 1940-cı ildə təşkil olun-
muşdur.
Bakıda keçirilən
birinci sərgidə tama-
şaçılar rəssamın 1200-dən çox əsərinə
tamaşa edə bilmişlər.
1920-1943-cü illərdə Ə.Əzimzadə
Azərbaycan Rəssamlıq Texnikumunda
müəllim, 1932-1937-ci illərdə isə direk-
tor olmuşdur.
1927-ci ildə yaradıcılığının 20 illik
yubileyi ilə əlaqədar “Xalq rəssamı”,
“Əmək qəhrəmanı” fəxri adlarına
layiq
görülüb.
Əzim Aslan oğlu Əzimzadə 1943-cü
il may ayının 15-də Bakıda vəfat etmiş-
dir.
Bakı Rəssamlıq Texnikumu, eləcə də
Bakı küçələrindən biri onun adını daşı-
yır. Yaşadığı evdə rəssamın ev-muzeyi
açılmış, evin yaxınlığındakı bağda büs-
tü qoyulmuşdur.
Dostları ilə paylaş: